Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 07:07

Soma mədən faciəsi (xəbər, foto, video)

Kömür mədənində qəzada 282 nəfər həlak olub. 120 fəhlənin xilasına artıq ümid qalmayıb. Türkiyənin ən böyük həmkarlar ittifaqı mayın 15-də ölkə ərazisində tətil elan edib

- Mayın 13-də Türkiyənin Manisa əyalətinin Soma şəhərində kömür mədənində baş verən partlayış və ardınca yanğın yüzlərlə adamın ölümü ilə nəticələnib.

- Qəza məqamında mədəndə 700-dən artıq fəhlə olub. Onların 200-dən çoxunun öldüyü təsdiq edilir. Digərlərinin taleyi məlum deyil. Xilasetmə işləri aparılır

- Faciə ilə bağlı Türkiyə rəsmilərinin ünvanına ciddi ittihamlar səslənir.

AzadlıqRadiosu Soma faciəsini yaxında izləyərək bu CanlıBloqu daim yeniləyir. Məlumatlar xronoloji ardıcıllıqla yerləşdirildiyindən ən son xəbərlər və şərhlər bloqun əvvəlindədir. Onun sonunda "davamı" düyməsini sıxmaqla bloqu vərəqləmək olar
17:20 14.5.2014
-
Soma şəhərində kömür mədənində ölənlərin sayı 232 nəfərə çatıb.

Bu haqda hadisə yerində olan Türkiyənin baş nazir Recep Tayyip Erdoğan məlumat verib.

232 nəfər cəsədi çıxarılanlardır. Mədənin alt qatlarında nə qədər adamın qaldığı məlum deyil.
15:44 14.5.2014


Istanbulda kortəbii etirazlar baş verib. Taksim metro stansiyasında onalrla gənc flaşmovb keçiriblər (yuxarıda fotoda). Soma Holding offisinin qarşısına etiraz toplaşanlar isə "Qatillər!" deyə qışqırıblar.
15:31 14.5.2014


Hüriyyətin bu twitter fotosunda - ətraf bölgələrdən Somaya tabutlar gətirilir.

Türkiyə baş naziri Albaniyaya səfərini təxirə salır. Hazırda şaxtaya oksigen vurulur ki, yer altında qalan şaxtaçılar boğulmasın. Ən son xəbəri burada oxu
15:17 14.5.2014
Somada xilasetmə işləri davam edir. Hadisə yerindən canlı yayımı burada izlə

Davamı

XS
SM
MD
LG