Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 01:42

Yeni qanlı döyüşlər, yeni girovlar, yeni prezident (Ukrayna xronikası 28 may-1iyun )

Mayın 29-da Slavyanskda separatçılar Ukrayna vertolyotunu vurublar, 1 general və 13 Ukrayna hərbçisinin öldüyü bildirilir.

Donbassda müharibə davam edir. Ukrayna ordusu mobil yaraqlı separatçı qrupları ilə gündəlik döyüşlər aparsa da, üstünlük əldən-ələ keçir

Ağır döyüşlər mərkəzinin coğrafiyası da hər gün dəyişir, mayın 27-də Donetsk, mayın 28-də Luqansk, mayın 29-da Slavyansk.

Sayı gündən-günə artan ölən və yaralananlarla yanaşı girov girov götürülənlər haqda da xəbərlər gəlir. Regionda 8 ATƏT müşahidəçisinin yoxa çıxdığı bildirilir.

Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.
23:37 25.5.2014
Ukraynalı iş adamı, Şokolad Kralı kimi tanınan, Petro Poroşenko seçkilərdə qalib gəldiyini bəyan edib. O, həmçinin yxın müttəfiqi, Vitaliy Kliçkonu Kiyevin yeni meri kimi təqdim edib.

Poroşenko parlament seçkilərinin 2014-cü ildə keçiriləcəyini də bildirib.

Poroşenko deyib ki, Ukrayna Krımın Rusiya tərəfindən ilhaq olunmasını heç vaxt tanımayacaq.
Petro Poroshenko qələbəsini bəyan edir
Petro Poroshenko qələbəsini bəyan edir
22:15 25.5.2014
Ukraynada səsvermə bitib. AzadlıqRadiosunun Kiyevdəki müxbiri xəbər verir ki, Ukraynaın birinci telekanalı (Savik Şuster Şou) Ukrayna üzrə səsvermənin exit polunu açıqlayıb. Telekanalın keçirdiyi sorğuya görə prezidentliyə namizəd Petro Poroşenko səsvermənin ilk turunda qalib gəlib.

Petro Poroşenko - 55,70 %

Yulia Timoshenko - 12,9 %

Oleq Lyashko - 8,8 %

Anatoliy Gricenko - 6 %

Serhey Tyaqipko - 4,6 %

Dmitriy Jarosh - 1,1 %

Mərkəzi Seçki Komissiyası ilkin rəsmi nəticələri yaxın saatlarda elan edəcək.

Davamı

XS
SM
MD
LG