Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 16:51

Yeni qanlı döyüşlər, yeni girovlar, yeni prezident (Ukrayna xronikası 28 may-1iyun )

Mayın 29-da Slavyanskda separatçılar Ukrayna vertolyotunu vurublar, 1 general və 13 Ukrayna hərbçisinin öldüyü bildirilir.

Donbassda müharibə davam edir. Ukrayna ordusu mobil yaraqlı separatçı qrupları ilə gündəlik döyüşlər aparsa da, üstünlük əldən-ələ keçir

Ağır döyüşlər mərkəzinin coğrafiyası da hər gün dəyişir, mayın 27-də Donetsk, mayın 28-də Luqansk, mayın 29-da Slavyansk.

Sayı gündən-günə artan ölən və yaralananlarla yanaşı girov girov götürülənlər haqda da xəbərlər gəlir. Regionda 8 ATƏT müşahidəçisinin yoxa çıxdığı bildirilir.

Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.
03:33 28.5.2014
Donetskdə atəşkəsdən istifadə edən separatçılar mərkəzə aparan küçələrdə istehkamlar qururlar
Donetskdə atəşkəsdən istifadə edən separatçılar mərkəzə aparan küçələrdə istehkamlar qururlar


Jitomirdə naməlum yaraqlılar Ukrayna radikalları (Sağ sektor təşkilatının üzvlərini) girov götürüblər.

Donetsk yaxınlığında dəmiryol xəttlərində diversiya baş verib. Daxili işlər nazirliyi qatarların hərəkətinin bərpa olunduğunu bildirib.

Separatçılar elan ediblər ki, Donetskdə komendant saatı elan olunur. "OstovB" saytına istinadən AzadliqRadiosu Rusiya xidməti xəbər verir ki, Qorlovka şəhərində yaraqlı separatçılar yerli polis rəhbərliyini separatçı Donetsk xalq respublikasına tabe olmamaq ittihamı ilə güllələyiblər.
23:26 27.5.2014

ODESSA VƏ KİYEV MERLƏRİ SEÇİLİR

Kiyev şəhəri 2 il idi mersiz qalmışdı. Yeni mer Victor Klitshcko şəhər idarəetmə sistemində dəyişiklik etməkdən başlamaq niyyətindədir
Kiyev şəhəri 2 il idi mersiz qalmışdı. Yeni mer Victor Klitshcko şəhər idarəetmə sistemində dəyişiklik etməkdən başlamaq niyyətindədir


Bazar günü Ukraynada ancaq prezidenti deyil, Kiyev və Odessa şəhərlərinin merlərini də seçirdilər. Paytaxtda gözlənildiyi kimi, Udar partiyasının rəhbəri, məşhur boksçu Victor Klitschko qələbə qazandı və artıq Avromaydan fəallarından Kiyev şəhər sovetinin binasını boşaltmağı xahiş edib ki, şəhər rəhbərliyi normal fəlaiyyətə başlaya bilsin.

Odessada isə Klitschkonun partiyadaşı sabiq şəhər meri Eduard Gurwits iş adamı və bu yaxınlara qədər hakim Yanukovych-in Regionlar partiyasının üzvü olan Gennadiy Trukhanova uduzub. Mayın 27-də 43 faiz səs toplayan Trukhanov Odessa meri elan olunub. 32 faiz səs toplayan Gurwits iddia edir ki, seçkilərin gedişində saxtakarlıq olub. O, seçkilərin nəticələrinə məhkəmə yolu ilə yenidən baxılmasına çalışacağını deyir.
23:07 27.5.2014
1 ay əvvəl Slavyanskda da separatçılar xarici müşahidəçiləri girov götürəndən sonra Rusiyanın xahişi ilə onları azad etdilər
1 ay əvvəl Slavyanskda da separatçılar xarici müşahidəçiləri girov götürəndən sonra Rusiyanın xahişi ilə onları azad etdilər

ATƏT-in Ukraynadakı xüsusi missiyasının 4 müşahidəçisi yoxa çıxıb. ATƏT-in məlumatında bildirlir ki, Donetsk vilayətində müşahidələr aparan əməkdaşlar sonuncu dəfə mayın 26-da axşam saat 6-da əlaqəyə çıxıblar, onların aqibəti haqda heç bir xəbər yoxdur. Müşahidəçilərin Türkiyə, Estoniya, Usveçrə və Danimarka vətəndaşları olduğu bildirilir.
22:14 27.5.2014


ABŞ prezidenti Ukraynanın yeni seçilən prezidenti Petr Poroshenkonu telefonla təbrik edib. Ona parçalanmış ölkənin birləşdirilməsi istiqamətində uğurlar arzulayib. Obama Ukraynada tezliklə islahatların keçirilməsinin vacibliyini də vurğulayıb.

Davamı

XS
SM
MD
LG