Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 01:34

Yeni qanlı döyüşlər, yeni girovlar, yeni prezident (Ukrayna xronikası 28 may-1iyun )

Mayın 29-da Slavyanskda separatçılar Ukrayna vertolyotunu vurublar, 1 general və 13 Ukrayna hərbçisinin öldüyü bildirilir.

Donbassda müharibə davam edir. Ukrayna ordusu mobil yaraqlı separatçı qrupları ilə gündəlik döyüşlər aparsa da, üstünlük əldən-ələ keçir

Ağır döyüşlər mərkəzinin coğrafiyası da hər gün dəyişir, mayın 27-də Donetsk, mayın 28-də Luqansk, mayın 29-da Slavyansk.

Sayı gündən-günə artan ölən və yaralananlarla yanaşı girov girov götürülənlər haqda da xəbərlər gəlir. Regionda 8 ATƏT müşahidəçisinin yoxa çıxdığı bildirilir.

Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.
14:50 25.5.2014
UKRAYNADA İTALİYALI JURNALİST ÖLDÜRÜLÜB
Ukraynanın şərqində - separatçıların nəzarətində olan Slavyansk şəhərində İtaliyadan olan jurnalist Andrea Ronchelli həlak olub. Bu barədə İtaliyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə Andrea Ronchelli İtaliya media üçün çalışan ştatdan kənar fotoqraf olub. O, hələlik şəxsiyyəti müəyyən edilməyən bir Rusiya vətəndaşı ilə birlikdə həlak olub.

AFP agentliyinin məlumatına görə o, şənbə günü minaatanlarla hücum zamanı öldürülüb.

Davamı

XS
SM
MD
LG