Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 01:40

Separatçılar hərbçiləri «Qrad»a tutdular

- Slavyansk və Kramatorsk şəhərlərini azad edən Ukrayna ordusu, Donetsk və Luqansk şəhərlərini mühasirəyə alır.

- Ukrayna ordu rəhbərliyi bəyan edir ki, Rusiya sərhəddə yenidən hərbi qüvvə toplayır.

- Separatçılar "döyüşü uduzmaq, hələ müharibəni uduzmaq" deyil bəyan edərək, Donetskdə möhkəmlənməyə can atırlar. Onlar şəhərə gedən əsas magistrallarda 3 körpünü partladıblar

Diqqət. Ukrayna hadisələrini daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

16:38 9.7.2014

RUSİYANIN İNFORMASİYA MÜHARİBƏSİ DAVAM EDİR

Bu video Rusiya mediasının saysız (1, 2, 3) dezinformasiyasına daha bir nümunədir. Ukrayna könüllülər batalyonunun sürücüsünün Ukrayna TV kanalına müsahibəsinin orijinalında görürük ki, müsahibə Luqansk şəhəri yaxınlığındakı Sçastye şəhərində alınıb. Batalyonun sürücüsü özü həmin şəhərin sakinidir. Deyir hazırda şəhərdə sakitlikdir. Ondan soruşurlar: LifeNews (Rusiya internet mediası) göstərir ki, sizin batalyon evlərə girib adamları güllələyir. Sürücü cavab verir ki, bu, "dezinformasiyadır" və əlavə edir: "Mən komandirə də dedim ki, əgər bizim hərbi hissənin hansısa döyüşçüsü belə bir fikirlə hərbi hissənin hüdudlarını tərk etsə, geri qayıdan kimi şəxsən özüm onun başına bir güllə vüracağam".

Bu müsahibədən istifadə edən LifeNews-ün təqdimatı isə belədir. Aparıcı deyir: "Döyüşmək istəməyən Ukrayna əsgərləri isə...(burada sürücünün müsahibəsindən aşağıdakı hissə səslənir) ŞƏXSƏN ÖZÜM ONUN BAŞINA BİR GÜLLƏ VURACAĞAM"...

13:08 9.7.2014

DONBASSDA SON VƏZİYYƏT

Poroshenko azad olunmuş Slavyanskda
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

Ukraynanın şərqində, Luqansk şəhəri yaxınlığında çərşənbə gününə keçən gecə döyüş olub. Şahidlərin sözlərinə görə, irikalibrli pulemyot atəşi və qranat partlayışı eşidilib. Hələlik itki barədə məlumat yoxdur. Çərşənbə günü o da bəlli olub ki, Luqansk aeroportunun atəşə tutulması nəticəsində mülki aviasiya ilə rabitəni təmin edən avadanlığa ziyan dəyib.

Çərşənbə günü səhər Rusiyanın Rostov vilayətinə Ukrayna ilə sərhədin 800 metrliyinə mərmi düşüb. Ev heyvanına ziyan dəyib. «Kuybishevo» sərhəd məntəqəsi yaxınlığında atəş səsləri eşidilib. Bu barədə Rusiya sərhəd xidmətinə istinadla RİA Novosti məlumat verir. Ətraflı burada oxu


19:57 8.7.2014

DONETSKDƏ SEPARATÇILARIN DAVASI


Donbass separatçılarının düşərgəsindəki ziddiyyətlər yeni xəbər deyil. Onların arasında liderlik roluna can atan şəxslər də az deyil və tez-tez də bir-birinə olan nifrətlərini gizlətmirlər. Slavyansk itiriləndən sonra Rusiyameylli yaraqlıların ideoloji rəhbəri roluna iddia edən Rusiya siyasətçisi Sergey Kurginian yaraqlıların digər sahədə - hərbi liderliyi iddiasında olan İgor Girkini satqınlıqda, Slavyasnkı qəsdən Ukrayna ordusuna təhvil verməkdə ittiham etdi. Bunun ardınca Donetskə mətbuat konfrasnında Girkinin tərəfdarları ilə Kurginian arasında mübahisə baş verdi. Kurginian əmin edir ki, Slavyanskdakı separatçılar kifayət qədər silah və sursatla təmin olnunmuşdular (söz arası bunda öz xismətlərinin böyük olduğuna eyham vurur). Sonuncular isə onlara verilən silahların vaxtı keçmiş yararsız olduğunu deyir, Kurginian-ı da "peşəkar təxribatçı" adlandırırlar. Bu videoda diqqəti çəkən Kurginian-ın ətrafındakı çeçen yaraqlıalrıdır. Ziddiyyətə baxmayaraq hər 2 tərəf əmindir ki, Moskva yaraqlıalrı satıb.

Davamı

XS
SM
MD
LG