Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 01:43

Separatçılar hərbçiləri «Qrad»a tutdular

- Slavyansk və Kramatorsk şəhərlərini azad edən Ukrayna ordusu, Donetsk və Luqansk şəhərlərini mühasirəyə alır.

- Ukrayna ordu rəhbərliyi bəyan edir ki, Rusiya sərhəddə yenidən hərbi qüvvə toplayır.

- Separatçılar "döyüşü uduzmaq, hələ müharibəni uduzmaq" deyil bəyan edərək, Donetskdə möhkəmlənməyə can atırlar. Onlar şəhərə gedən əsas magistrallarda 3 körpünü partladıblar

Diqqət. Ukrayna hadisələrini daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

17:51 1.7.2014

STRATEJİ YÜKSƏKLİK

Donetsk yaxınlığındakı Saur-Moqila yüksəkliyi uzunmüddət Rusiyameylli silahlı dəstələrin əsas strateji mövqelərindən biri idi. İyulun 1-də Ukrayna preizdenti 10 gün davam edən atəşkəsin dayandırılmasını və antiterror əməliyyatlarının bərpa olunmasını eıan edəndən sonra əsas hücumlardan biri məhz bu yüksəkliyə oldu.

18:19 1.7.2014
Vladimir Putin
Vladimir Putin

PUTİN UKRAYNA BÖHRANINDA QƏRBİ GÜNAHLANDIRIR

Rusiya prezidenti Putin Qərbi Ukrayna böhranından regionu sabitsizləşdirmək üçün istifadə etməkdə günahlandırıb.

İyulun 1-də Rusiya səfirlərinin toplantısında Putin deyib ki, hadisələri Qərb provokasiya edib və bu, Rusiya əleyhinə siyasətin nümayişidir.

Putin deyib ki, Rusiya rusları müdafiə edəcək, siyasi, iqtisadi və humanitar vasitələrlə.

Putin deyib ki, Poroshenko-nu Rusiya və Qərb tərəfdaşları zorakılığa əl atmamağa inandıra bilmədi.

Putinin fikrincə, Poroshenko atəşkəsi uzatmamaqla öz üzərinə məsuliyyət götürdü.

Poroshenko-nun elan etdiyi atəşkəs iyunun 20-dən 30-na kimi davam etdi.

16:03 3.7.2014

AzadliqRadiosu Ukrayna xidmətinin xəbər lentindən

Donbassda tərəflərin nəzarətində olan ərazilərin və silahlı toqquşmaların baş veridyi yerlərin xəritəsi
Donbassda tərəflərin nəzarətində olan ərazilərin və silahlı toqquşmaların baş veridyi yerlərin xəritəsi

- Ukrayna desantçıları separatçılara məxsus sursat ambarını ələ keçiriblər. Ukrayna müdafiə nazirliyi xəbər verir ki, ələ keçirilən silahlar arasında Rusiya istehsalı olan zenit qurğuları və raketlər də var. Başqa bir məlumatda Ukrayna müdafiə nazirliyi iddia edir ki, ağır itkilər verən separatçılar arasında başıpozuqluq müşahidə olunur.

- Luqansk şəhər bələdiyyəsinin saytında bildirlir ki, aeroport yaxınlığında 2 nəfər minaya düşüb. Bildirlir ki, Luqanskın kommunal, nəqliyyat və ticarət xidmətləri normal rejimdə işləyir.

- Ukrayna parlamenti müdafiə naziri vəzifəsini icra edən Mikhail Koval-ı istefaya göndərək, Valeriy Geletey-i ölkənin müdafiə naziri postuna təsdiqləyib. Prezident Poroshenko hərbi qərargahın rəisini də dəyişib. Mudafiə naziri postunu icra edən Koval prezident yanında təhlküəsizlik şürası katibinin müavini təyin olunub.

17:52 3.7.2014

"TƏMİZ" MÜHARİBƏ


Donbass müharibəsini izləməyin ən etibarlı yolu YT-dur. Burada yerləşdirilən videoların təbliğat xarakterli başlıqlarından, təqdimat və şərhlərindən görüntüləri ayırd edə bilsən, günün təxmini mənzərəsini yaratmaq olar.

İyulun 3-də yayılan videolardan belə bir mənzərə yaranır: Kramatorsk yaxınlığındakı Nikolayevka kəndində, Slavyansk kənarındakı Semenovka qəsəbəsində tərəflərin silahlı toqquşmaları baş verib. Separatçıların lideri etiraf edir ki, Ukrayna hərbçiləri separatçı dəstələrin əhatəyə alınması üzrə əməliyyatlarını ardıcıl şəkildə həyata keçirirlər.

Seçib təqdim etdiyimiz video isə, əslində 1 günün deyil, ümüumiyyətlə Donetsk və Luqansk vilayətində vəziyyətin ironik ifadəsi ola bilərdi.


Davamı

XS
SM
MD
LG