Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 08:33

Separatçılar hərbçiləri «Qrad»a tutdular

- Slavyansk və Kramatorsk şəhərlərini azad edən Ukrayna ordusu, Donetsk və Luqansk şəhərlərini mühasirəyə alır.

- Ukrayna ordu rəhbərliyi bəyan edir ki, Rusiya sərhəddə yenidən hərbi qüvvə toplayır.

- Separatçılar "döyüşü uduzmaq, hələ müharibəni uduzmaq" deyil bəyan edərək, Donetskdə möhkəmlənməyə can atırlar. Onlar şəhərə gedən əsas magistrallarda 3 körpünü partladıblar

Diqqət. Ukrayna hadisələrini daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

13:03 5.7.2014

SLAVYANSK SEPARATÇILARDAN AZAD EDİLİB

Slavyansk
Slavyansk

Aprel ayından separatçıların nəzarətində olan Ukraynanın şərqindəki Slavyansk şəhəri azad edilib.

Bu haqda Ukraynanın UNIAN informasiya agentliyi xəbər verir.

Şahidlərin sözlərinə görə, Slavyanskda iki tank, bir BTR, üç yük və bir neçə minik maşını var.

Bundan əvvəl Ukraynanın müdafiə naziri Valery Heletey prezident Petro Poroshenko-ya Slavyanskın Nikoloyevka qəsəbəsinin azad edilməsi ilə bağlı məruzə edib. Nazir bildirib ki, əməliyyat zamanı qanunsuz silahlı birləşmələrin 50-dən çox üzvü, o cümlədən bir qrup Rusiya vətəndaşı əsir götürülüb. İki sutka girovluqda olan 150 qadın və uşaq isə azad edilib.

Ukraynanın daxili işlər naziri Arsen Avakov son vəziyyətlə bağlı bildirib ki, Slavyanskdakı separatçıların başçısı, Rusiya vətəndaşı, «Strelkov» ləqəbli Igor Girkin qaçıb.

120 min nəfər əhalisi olan Slavyansk şəhəri Ukraynanın şərqində separatçıların tutduğu ilk şəhərlərdən olub. Separatçılar şəhəri aprelin 6-da ələ keçirmişdilər.

18:42 5.7.2014

SEPARATÇILAR SLAVYANSKI TƏRK EDİRLƏR

12:03 7.7.2014

MAYDANDA ATIŞMA OLUB

Kiyevdə bazar ertəsinə keçən gecə Maydana toplaşmış fəallar arasında atışma olub.

UNİAN Ukrayna daxili işlər nazirliyinə istinadla xəbər verir ki, Maydan tərəfdarları qrupları arasında münaqişə yaranıb. Bu da atışma ilə nəticələnib. Milis bir nəfərin yaralandığını bildirir.

Sosial şəbəkə iştirakçıları toqquşmalar nəticəsində 3 nəfərin öldüyü bildirilir, bu xəbəri də UNİAN yayıb.

14:12 7.7.2014

Ukrayna ordusu Slavyanskda

Ukrayna ordusu Slavyanskda
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

Davamı

XS
SM
MD
LG