Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 21:39

Britaniya, Fransa və Almaniya Rusiyaya qarşı sanksiyalara razılaşırlar

Ukrayna səmasında Malaysia Airlines şirkətinə məxsus Boeing 777 təyyarəsi yerə düşərək partlayıb. 295 nəfər həlak olub.
Təyyarə yerə düşən zaman Ukrayna Rusiyanı öz ərazisindən atılan raketlərlə Ukrayna təyyarələrini vurmaqda ittiham edirdi.

Diqqət. Ukrayna hadisələrini daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

18:46 15.7.2014

An-26 təyyarəsinin heyətindən xəbər var

İyulun 15-də Luqansk vilayətində vurulan An-26 təyyarəsinin 5 heyət üzvü xilas edilib. Bu haqda xəbər verən AzadlıqRadiosu Ukrayna xidməti yazır ki, bunun üçün Ukrayna hərbçiləri xüsusi əməliyyat keçirərək təyyarəçiləri separatçıların nəzarət etdiyi ərazidən çıxarmağa müəssər olublar. Xəbərdə bildirilir ki, heyət üzvlərindən biri təyyarədə həlak olub, sağ qalan 1 pilot və desant əsgərini isə separatçılar əsir götürüb. Ukrayna millət vəkili Oleg Tyagnibok-un mikrobloqunda açıqlanan bu məlumatı Ukrayna təhlükəsizlik xidmətinin rəhbəri Kiyevdə keçirilən mətbuat konfransında təsdiqləməyib, deyib ki, əsir düşən 2 hərbçidən başqa digər heyət üzvləri haqda məlumatı yoxdur.

18:26 15.7.2014

Ukraynanın şərqində son vəziyyət

Ukrayna Təhlküəsizlik və müdafiə şurasının Ukraynanın şərqindəki vəziyyətə dair hazırladığı xəritə (İyulun 15-ə olan məlumat)
Ukrayna Təhlküəsizlik və müdafiə şurasının Ukraynanın şərqindəki vəziyyətə dair hazırladığı xəritə (İyulun 15-ə olan məlumat)

Ukray hərbi komandanlığının məlumatlarına əsasən, ötən gün ərzində Ukrayna təhlükəsizlik qüvvələri Molodoqvardeysk şəhəri istiqamətində hərəkəti davam etdiriblər. Hər şeydən görundüyü kimi Ukrayna hərbçiləri Rusiya ilə sərhddin hələ də separatçıların nəzarətində olan hissəsini bağlamağa can atırlar. Bu hücum məqsədinə çatarsa, Donbass ərazisində cəmləşən Rusiyameylli yaraqlılar tamamilə ilə Ukrayna ordusunun əhatəsində qalacaqlar. Hələlik, onlar Luqansk-Rostov maqistralı boyunca ara yollarla nisbtən sərbəst Rusiyaya gedib-gələ bilirlər. Həmin sahədən Rusiyadan separatçılara hərbi texnika, sursat və canlı qüvvə yardımının davam etdiyi bildirlir. Ötən gün ərzində Luqasnk aeroportu yaxınlığında şiddətli döyüşlər davam edib. Bundan başqa Krasna Talivka, İzvarino, Sverdlovsk, Stepanovka, Amvrosievka yaşayış məntəqələrində silahlı toqquşmalar qeydə alınıb. Adı çəkilən şəhər və qəsəbələrin hamısı ya bilavasitə Rusiya ilə sərhəddə, və ya sərhəd zolağının yaxınlığında yerləşir.

Davamı

XS
SM
MD
LG