Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 14:47

Britaniya, Fransa və Almaniya Rusiyaya qarşı sanksiyalara razılaşırlar

Ukrayna səmasında Malaysia Airlines şirkətinə məxsus Boeing 777 təyyarəsi yerə düşərək partlayıb. 295 nəfər həlak olub.
Təyyarə yerə düşən zaman Ukrayna Rusiyanı öz ərazisindən atılan raketlərlə Ukrayna təyyarələrini vurmaqda ittiham edirdi.

Diqqət. Ukrayna hadisələrini daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

17:45 17.7.2014

Putin ABŞ-ın sanksiyalarının bumeranq effekti verəcəyini deyir

Putin ABŞ-ın sanksiyalarının bumeranq effekti verəcəyini deyir
Gözlə

No media source currently available

0:00 0:00:27 0:00

Vladimir Putin Rusiyanın enerji və bank senktoruna qarşı ABŞ sansksiyalarını dalan adlandırır və deyir ki, bu sanksiyalar Amerikanın özünə zərbədir. Brazilyada səfərdə olan Rusiya prezidenti jurnalistlərə əminliyini bildirib ki, yeni sanksiyalar üzün zaman kəsimində ABŞ öz strateji milli maraqlarına ziyan vuracaq. (Reutersin görüntüləri)

16:19 17.7.2014

RUSİYA-UKRAYNA HAVA DÖYÜŞÜ?

Bu videoda Rusiyanın ağır tanklar və zirehli texnikadan ibarət karvanı Yenakiyevo şəhəri yaxınlığında olduğu bildilir. Onları sərhəddən necə keçib, Ukrayna ərazisinə 80 kilometrə yaxın müdaxilə etməsi məlum deyil. Lakin Ukrayna münaqişəsində Rusiyanın iştirakı haqda getdikcə daha çox faktlar yayılmağa başlayıb.

İyulun 16-da Ukraynanın Su-25 hərbi təyyarəsi vurulub. Paraşütlə hoppanan pilot xilas edilərək, təhlkükəsiz əraziyə aparılıb. Bu haqda bəyanat verən Ukrayna təhlküəsizlik şurasının nümayəndəsi Anrey Lysenko bildirib ki, Ukrayna səmasında olan təyyarə Rusiya hərbi təyyarəsinin atəşi ilə yerə salınınb.

Eyni zamanda, Donetsk separatçıları 2 Ukrayna hərbi təyyarəsini vurub yerə saldıqlarını bildirmişdilər. Bu haqda İnterfaks xəbər verirdi. Onların sözlərinə görə, təyyarələdən biri Qorlovka üzərində mobil raket kompleksi ilə yerdən vurulub və tüstülənərək Mirqorod aerodromuna tərəf uçub. 2-ci vurulan təyyarə haqda məlumatın dəqiqləşdirildiyi bildirlir.

Ukrayna təhlküəsizlik xidməti İyulun 14-də Ukraynanın An-26 hərbi yük təyyarəsi də Rusiya ətərfindən vurulub. Həmin təyyarənin 2 heyət üzvü separatçıların əlinə keçib, 2 nəfərin taleyi məlum deyil, daha 4 pilotun isə xilas oldunduğu bildirlirdi.

Ukrayna münaqişəsinə müdaxilənin nəticəsi kimi ABŞ və Qərb dövlətləri Rusiyaya qarşı yeni sanksiyalar elan ediblər. Rusiya ittihamları rədd edərək, Ukraynada vətəndaş müharibəsinin getdiyini deyir.

Davamı

XS
SM
MD
LG