Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 04:43

Britaniya, Fransa və Almaniya Rusiyaya qarşı sanksiyalara razılaşırlar

Ukrayna səmasında Malaysia Airlines şirkətinə məxsus Boeing 777 təyyarəsi yerə düşərək partlayıb. 295 nəfər həlak olub.
Təyyarə yerə düşən zaman Ukrayna Rusiyanı öz ərazisindən atılan raketlərlə Ukrayna təyyarələrini vurmaqda ittiham edirdi.

Diqqət. Ukrayna hadisələrini daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

22:56 16.7.2014

Ukrayna hərb meydanında baş verənlər (İNFOQRAFİKA)

Ukraynanın şərqindəki müharibənin gedişi - qısa, aydın və şərhsiz
Gözlə

No media source currently available

0:00 0:00:59 0:00

İyun ayında Slavyasnk və Kramatorskda uğur qazanandan sonra Ukrayna ordusunun hücumları haqda təsəvvür yaratmaq çətindir. Gündəlik xəbərlədən hökumət qoşunlarının bir sıra ağır itkilərə məruz qalaraq yerində saydığı təsəvvürü yaranır. Kiyev bunu Rusiyanın separatçılara birbaşa hərbi yardımı ilə izah edir. İttihamlara əsasən, artıq Rusiya Ukrayna ərazisinə ağır tankları onların heyəti ilə birlikdə göndərir, öz ərazisində Ukrayna ordusuna raket zərbələri vurur. Təqdim etdiyimiz infoqrafika Ukrayna rəsmilərinin məlumatları əsasında hazırlanıb.

03:09 17.7.2014

RUSIYADAN UKRAYNA ƏRAZİSİNİ VURAN "QRAD"LAR


Bu videonun Rusiyanın Rostov vilayətində, Gukovo kəndində çəkildiyi, reaktiv artilleriyanın istiqamətinin isə Ukrayna olduğu bildirilir. Əgər həqiqətdirsə, Ukrayna ərazisinə bitişik olan həmin kəndən Luqansk vilayətinin Rovenki qəsəbəsini bombalamaq olar. Niyə məhz Rovenki? Sadəcə olaraq sosial mediada həmin qəsəbə yaxınlığında güclü partlayışların olduğu deyilən daha bir video yayılıb.

Diqqət! Təqdim edilən videoların hər ikisində rus dilində ədəbsiz sözlər səslənir

12:40 17.7.2014

Voronejdə təcridxanada saxlanan ukraynalı təyyarəçi Nadejda Savchenko Ukrayna konsulu ilə görüşdə təsdiqləyib ki, onu Rusiyaya zorla – başında torba, əlində qandal aparıblar.

Bu barədə Ukrayna prezidenti Petro Poroshenko-nu Xarici İşlər naziri Pavel Klimkin məlumatlandırıb. Savchenko danışıb ki, separatçılar onu Luqanska aparıblar, sonra başına torba keçirib, əllərini qandallayıb Krasniy Luch-a keçiriblər. Oradan isə Voronejə aparılıb.

Beləliklə, təyyarəçi Rusiyaya qaçqın adı ilə keçməsi barədə informasiyanı yalanlayıb. O, təcridxanada bəzi sənəd və etirafları imzalaması barədə şayiələri də puça çıxarıb.

Savchenko deyib ki, normal şəraitdə saxlanır, sorğu-sual vaxtı heç bir işgəncə verilməyib. Ancaq 8 gün aclıq edərək konsul və vəkillərlə görüş istədiyini deyib. Rusiya tərəfi 9 dəfə onun konsulla görüşünə icazə verməyib.

Rusiya Savchenko-nu Luqansk yaxınlığında iki jurnalistin öldürülməsinə yardımda ittiham olunur. Ukrayna onun buraxılmasını tələb edir.

Davamı

XS
SM
MD
LG