Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 19:34

Separatçılar Malayziya eskpertlərinə qara qutuları təhvil verib [Video]


Separatçılar MH17-nin qara qutularını Malayziya ekspertlərinə verir
Gözlə

No media source currently available

0:00 0:00:30 0:00

Separatçılar MH17-nin qara qutularını Malayziya ekspertlərinə verir

-

Ukraynada Rusiya tərəfdarı olan separatçılar Malayziya eskpertlərinə iki qara qutunu təhvil verib.

İyulun 22-də Donetskdə separatçı qruplardan birinin lideri Aleksander Borodai jurnalistlərin də olduğu otaqda uçuş məlumatlarının yazıldığı qara qutunu göstərərək deyib:

«Onlar burda, qara qutulardadır».

Hər iki tərəf qutunun təhvil verilib-alınması ilə bağlı sənəd imzalayıb.

Malayziya Milli Təhlükəsizlik Şurasının polkovniki Mohamed Sakri bildirib ki, qara qutular yaxşı şəraitdədirlər:

«Qutulardan biri pilot kabinəsində gedən danışıqları yadda saxlayır, digəri uçuş məlumatlarını. İndi məlum olacaq ki, bu qutulardakı yazılar təyyarədə nə baş verdiyinə aydınlıq gətirirmi?»

XS
SM
MD
LG