Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 11:52

İraq televiziyası bildirir ki, kürd qüvvələri su elektrik stansiyasını geri alıb


İraqın dövlət televiziyası xəbər verir ki, kürdlərin peşmərqə silahlıları və İraqın təhlükəsizlik qüvvələri İraq İslam Dövləti yaraqlılarını Mosuldakı su elektrik stansiyasından çıxarıblar. Bu, İraqın ən böyük su elektrik stansiyasıdır.

İraq ordusunun sözçüsü, general Qasim Atta deyib ki, SES-in geri alınmasında hava zərbələri mühüm rol oynayıb.

Ancaq bu məlumatı müstəqil mənbələrdən təsdiqləmək hələ mümkün olmayıb.

İslamçı yaraqlıar isə avqustun 18-də SES-ə tam nəzarət etdiklərini bildiriblər.

Avqustun 17-də Barack Obama bildirmişdi ki, SES-in geri alınmağında ABŞ hava zərbələri ilə İraq ordusuna kömək edəcək.

XS
SM
MD
LG