Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 17:46

L.Yunusun AzadlıqRadiosunda dərc olunan məktubu «Washington Post»da çıxıb


Leyla Yunus və Arif Yunus
Leyla Yunus və Arif Yunus

-

“Məhbus fəalın məhbus ərinə sevgi məktubu”.

Dünyanın ən nüfuzlu qəzetlərindən olan "Washington Post" qəzeti Azadlıq Radiosuna istinadla Leyla Yunusun Arif Yunusa həbsxanadan yazdığı məktubu dərc edib.

Məktuba giriş verən qəzet yazır ki, bir neçə gün fərqi ilə həbs olunan Leyla Yunus və Arif Yunusa bir-birləri ilə danışmağa imkan verilməyib.

Qəzet Leyla Yunusu Azərbaycanın tanınmış ictimai fəalı və İlham Əliyev hökumətinin qatı tənqidçisi kimi təqdim edir.

Qəzet qeyd edir ki, Leyla Yunus vətənə xəyanətdə, Ermənistana casusluqda və başqa cinayətlərdə, Arif Yunus da vətənə xəyanətdə və saxtakarlıqda ittiham olunur.

Leyla Yunus Arif Yunusa məktubunu “açıq məktub” kimi yazıb ki, hər hansı şəkildə ünvanına gedib-çata bilsin.

XS
SM
MD
LG