Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 14:01

Bahalaşma 1,1 faizdir, orta aylıq əməkhaqqı- 441 manat


Bakı, ərzaq yarmarkası
Bakı, ərzaq yarmarkası

-

Bu ilin sentyabrında ərzaq məhsullarının qiymətləri 2,6 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz bahalaşıb. Qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb. Ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 1,1 faiz bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə ötən ay bir sıra ərzaq məhsulları, bəzi meyvə və tərəvəzin qiymətində artım olub. Sentyabrda əhaliyə göstərilən pullu xidmətlərdən MDB ölkələrinə hava və dəmiryolu sərnişindaşıma tariflərində ucuzlaşma, beynəlxalq reyslər üzrə hava sərnişindaşıma tariflərində isə bahalaşma müşahidə olunub.

BİR MİLYON 500 MİN NƏFƏR MUZDLA ÇALIŞAN

Dövlət Statistika Komitəsinin digər məlumatına görə, sentyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1511,4 min nəfər olub. Onlardan 892,8 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 618,6 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

2014-cü ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 440,9 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.

XS
SM
MD
LG