Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 08:34

Moskvada xatirə yürüşü keçirilib

Fevralın 27-də Rusiya müxalifətinin liderlərindən birinə sui-qəsd olub. Sabiq baş nazirin müavini, prezident Putin-in əsas tənqidçilərindən biri Boris Nemtsov-u Moskvanın mərkəzində güllələyiblər.​

AzadlıqRadiosu Nemtsov-un qətli ilə bağlı xəbərləri izləyərək canlı bloqu daim yeniləyir. Hadisələrin gedişini xronoloji ardıcıllıqla dərc olunan postlardan izləmək mümkündür, sonuncu xəbərlər həmişə bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

04:51 28.2.2015

Putin: "Sifariş və təxribat"

Rusiya prezidenti Vladimir Putin Nemtsovun sifarişlə qətlə yetirildiyini və bunun siyasi təxribat olduğunu bildirib. RİAnovosti xəbər verir ki, Putin Nemtsovun yaxınlarına və ailərsinə başsağlığı verib və güc strukturlarına qətlin araşdırılmasını tapışırıb.

04:38 28.2.2015

Nemtsovun meyiti Moskvanın mərkəzində


Bu fotonu tvitterdə yayan Anna Vedut yazır: "Heç vaxt düşünməzdim ki, belə bir günü görəcəyəm"

04:33 28.2.2015

AzadliqRadiosu Rusiya xidmətinin hadisə yerindən canlı yayımı


Müxalifət martın 1-də, Moskvanın kənarında keçirməyi planlaşdırdığı etiraz mitinqini təxirə salmaq, əvəzində paytaxtın mərkəzində matəm yürüşü keçirmək istəyir

Davamı

XS
SM
MD
LG