Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 00:31

AzadlıqLive - Azərbaycan sammiti gərginlikdə saxladı

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə

14:22 18.5.2015

Məcburi nikah: Putin-in dostları nəzarətdən çıxır

Anna Nemtsova “thedailybeast.com”da bu günlərdə Çeçenistanda 47 yaşlı polis rəisi ilə 17 yaşlı qızın nikaha girməsindən yazır.

Bu hadisə Rusiya qanunlarının qadağan etdiyi çoxarvadlılığa diqqət çəkib. “Ancaq kimsə deyə bilər ki, Çeçenistan Rusiya deyil, öz qanunları var və bossu Ramzan Kadyrov-a tabedir,” müəllif yazır. Kadyrov bu nikahı “minilliyin toyu" adlandırıb. Ancaq gəlin Louisa Goilabiyeva mərasim zamanı bircə dəfə də olsun gülümsəməyib.

Polis polkovniki Nazhud Guchigov-un qızın ailəsinə təzyiq göstərdiyi bildirilir. Gəlinin 17 yaşı mayın 1-də tamam olub. Guchigov-un ailəsi, uşaqları var.

Bu nikah sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub. Bəziləri çeçen qadının gücsüzlüyündən yazır. Kheda (Louisa-nı belə çağırırlar) oğlan dostunun olduğunu desə də, onun sözlərinə əhəmiyyət verən tapılmayıb.

“Kadyrov-un dostları ilə bağlı məsələlərdə Çeçenistanda hüququn aliliyi mövcud deyil,” bunu Çeçenistanda insan haqları fəallarının təşkilatı olan Birgə Mobil Qrupun üzvü Sergei Babinets deyir. “Əminəm ki, Kadyrov-un törətdiyi bir çox cinayətlərlə bağlı FSB-də məlumatlar var. Bir gün səbir kasası daşacaq, ancaq indilik Kadyrov Putin-in Çeçenistanda inamından istifadə edir”. AzadlıqLive-da

14:34 18.5.2015

2 dəqiqə 56 saniyəyə 3 qol (VİDEO)

Seneqallı Sadio Mane İngiltərə birinciliyində Aston Villa-nın qapısına 2 dəqiqə 56 saniyəyə 3 qol vurub. Bu, İngiltərə rekordudur. Maraqlıdır ki, Mane Southhampton-un heyətində indiyə kimi 30 oyunda cəmi 7 qol vurmuşdu.

Bundan əvvəlki İngiltərə rekordu Robbie Fowlerdə idi. O, 1994-cü ildə Liverpool-Arsenal oyununda Arsenal-ın qapısına 3 qolu 4 dəqiqə 33 saniyəyə vurmuşdu.

İngiltərənin Mirror qəzeti yazır ki, 3 qolun ən az vaxta vurulmasında dünya rekordu da İngiltərə futbolundadır.

60 il qabaq Tommy Ross 3 qolu 90 saniyəyə vurub. Bu, Ross County - Nairn County oyununda olub. Ancaq, bu, İngiltərə birinciliyinin birinci liqasının oyunu olmayıb.

14:54 18.5.2015

"171" xidməti:Ev telefonundan smartfona mesaj göndərmək mümkün olacaq

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi yeni – «171» səsli mesaj xidmətini istifadəyə verib. Bu yenilik ev telefonlarından mobil telefonlara və ya əksinə, mobil operatorlardan ev telefonlarına mesaj göndərməyə imkan verir. Xidmətdən istifadə üçün abunəçi171 qısa nömrəsinə zəng etməlidir. Operatorun təlimatına əsasən, səsli mesaj göndərmək üçün 1, özünə ünvanlanan səsli mesajı dinləmək üçün 2 düyməsini basmaq lazımdır. Mesaj göndərmək üçün 1 düyməsini seçdikdən sonra mesaj göndəriləcək nömrə və # düyməsini yığıb, siqnal səsindən sonra ismarışı səsləndirmək və yenidən # düyməsini basmaq kifayətdir. Qarşı tərəf telefonda 171 nömrəsinin yığıb 2 düyməsini seçməklə mesajı dinləyə bilər. Mobil nömrə abunəçiləri də 171 yığmaqla, bu xidmətdən faydalana bilərlər.Bir səsli mesajın qiyməti 5 qəpikdir.

15:08 18.5.2015

Keçmiş nazirin həbsxanada səhhəti pisləşib

17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev xəstəxanaya yerləşdirilib. Məlumatı modern.az saytı yayıb. Bildirilir ki, səhhətində yaranan problemə görə o, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülüb.

Nicat Quliyevi 2013-cü il avqustun 7-də Milli Təhlükəsizlik Nazirliyi həbs edib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə sabiq nazir 3 il müddətinə azadlıqdan məhrum olunub. O, qanunsuz odlu silah saxlamada təqsirli bilinib.

Davamı

XS
SM
MD
LG