Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 06:46

Yanğın haqda bütün xəbərlər bir arada

Ötən il mayın 19-da Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvandakı binada yanğın olub.​

Həmin günlər AzadlıqRadiosunun əməkdaşları hadisəni bütün detalları ilə çatdırmışdılar. Bir il öncəki canli live bloqu təqdim edirik.

Bloqun bloqun postları xronoloji ardıcıllıqla yerləşdirilib. Ən son məlumat ən əvvəldə verilib. Sonda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək olar.

15:09 19.5.2015

Azadliq prospektində yanan binanın söndürülmə anı

Azadliq prospektində yanan binanın söndürülmə anı
Gözlə

No media source currently available

0:00 0:00:12 0:00

14:33 19.5.2015

SƏHİYYƏ NAZİRLİYİ: 10 NƏFƏR ÖLÜB, 41 NƏFƏR YARALANIB

Səhiyyə Nazirliyindən AzadlıqRadiosuna bildirdilər ki, yenilənən məlumata görə 10 nəfər ölüb, 41 nəfər yaralanıb. Yaralı olan 7 nəfərə yerində tibbi yardım göstərilib.

14:25 19.5.2015

Ölənlərin sayı 6-ya çatıb

Saat 14:00-a olan rəsmi məlumata görə, yanğında ölənlərin sayı 6-dır.

Səhiyyə Nazirliyinin saytının məlumatına görə, 20 nəfər yaralı müxtəlif xəstəxanalara yerləşdirilib.

6 nəfərə isə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardımın əməkdaşları tərəfindən yerindəcə yardım göstərib.

Davamı

XS
SM
MD
LG