Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 22:38

Yanğın haqda bütün xəbərlər bir arada

Ötən il mayın 19-da Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvandakı binada yanğın olub.​

Həmin günlər AzadlıqRadiosunun əməkdaşları hadisəni bütün detalları ilə çatdırmışdılar. Bir il öncəki canli live bloqu təqdim edirik.

Bloqun bloqun postları xronoloji ardıcıllıqla yerləşdirilib. Ən son məlumat ən əvvəldə verilib. Sonda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək olar.

12:41 19.5.2015

2 nəfər zəhərlənib

Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsindən AzadlıqRadiosuna bildiriblər ki, yanğın nəticəsində 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

12:52 19.5.2015

Səhiyyə Nazirliyi: Bakıda binada baş verən yanğında iki nəfər ölüb

Bakıda binada yanğın baş verməsi nəticəsində iki nəfər ölüb.

Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, ölənlərdən biri qorxudan özünü binadan atan şəxs, digəri isə azyaşlıdır.

Azyaşlı tüstüdən boğularaq ölüb.

Ölənlərin kimliyi dəqiqləşdirilir. Hadisə nəticəsində xəsarət alanların sayı isə 15-i ötüb.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

13:06 19.5.2015

Binadan yanğın yenidən güclənib

AzadlıqRadiosunun əməkdaşı məlumat verir ki, yanğın söndürmək üçün vertalyotlar cəlb edilib. Su maşınları könüllü olaraq yanğın söndürən maşınlara su yardımı edir. Ərazidə 20-yə yaxın yanğın söndürmə xidməti var. İnsanların dediyinə görə binada şəxslər qalıb

13:12 19.5.2015

Zakir Qaralov: "Bakıda baş verən yanğında 4 nəfər ölüb"

Bakının Binəqədi rayonunda baş verən yanğında 4 nəfər ölüb. “Report”un xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov məlumat verib.

O, yaralıların olduğunu da bildirib.

Yaralıların dəqiq sayı bilinmir.

Davamı

XS
SM
MD
LG