Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 15:49

AzadlıqLive - Fazil Mustafa: "Bu İran əllamələrinə baxın"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə​

(AzadliqLive burdan dinlə - Link axşam saat 8-də aktivləşəcək)

13:19 16.7.2015

Ramazan ayının bayram namazının vaxtı açıqlandı

Bayram namazı iyulun 18-də 09:00-da Göy məsciddə, saat 10:00-da isə Təzəpir məscidində qılınacaq. Bayramla bağlı 4 gün iş olmayacaq. Rаmаzаnda veriləcək fitrə zəkat bu il 5-10 manat müəyyən edilib.

13:01 16.7.2015

Pis görənlər və ya heç görməyənlər üçün Quran

Azərbaycanda Brayl əlifbası (ciddi görmə problemli insanların oxuyub-yazması üçün əlifba) ilə çap olunmuş Qurani-Kərimin təqdimatı keçirilib. Trendin məlumatına görə, DQİDK sədri Mübariz Qurbanlı bildirib ki, Brayl əlifbası ilə Qurani-Kərim Türkiyə, İran, ərəb ölkələrində çap olunub. Lakin Azərbaycanda bu, ilk təşəbbüsdür:

02:01 16.7.2015

AZAL-dan biletin ucuzlaşması xəbərinə açıqlma

“Azərbaycan Hava Yolları” QSC (AZAL) bu gün mətbuatda yayılmış Bakı-İstanbul aviareysinin qiymətinin 90 manata endirilməsi ilə bağlı xəbərə münasibət bildirib. Fins.az-a açıqlama verən AZAL-ın vitse-prezident Sabir İlyasov deyib ki, bu məsələdə hələ ki, konkret yenilik yoxdur: “Hazırda biletlərin ucuzlaşdırılması ilə bağlı məsələ müzakirə olunur”. Bir az əvvəl Aznews.az xəbər yaymışdı ki, Azərbaycanda yerləşən turizm şirkətlərinə AZAL məktub göndərib, Bakı-İstanbul reysinə biletin 90 dollar olması ilə bağlı "göstəriş verib".Ancaq xəbərdə o da deyilirdi ki, bu yeni qiymətin nə vaxtdan qüvvəyə minəcəyi bəlli deyil. ​

00:42 16.7.2015

Prezidentin boyunu niyə böyütdülər?- [fotolar]

Özbəkistanın dövlət xəbər agentliyi prezidentlərin Şanxay Əməkdaşlıq Təşkilatı zamanı çəkdirdiyi fotonu fotoşoplayıb. RİA Novosti Agentliyinin çəkdiyi fotoda Özbəkistan prezidenti İslam Kərimovun boyu digər prezidentlərin boyundan kiçik görünür. Bu isə Özbəkistanda yəqin ki, yolverilməzdir.

fotoşop şəkil
fotoşop şəkil

orijinal şəkil
orijinal şəkil

Davamı

XS
SM
MD
LG