Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 07:08
Mingəçevir 22 avqust
Mingəçevir 22 avqust

Ölənin dostu: «Polisdə üstümüzü axtardılar. Heç nə çıxmadı»

Avqustun 20-də Mingəçevir şəhər Polis Şöbəsində ölüm hadisəsi olub. Hadisədən sonra Bəhruz Hacıyevin qohumları ilə yerli polis arasında qarşıdurma yaranıb.

22:07 21.8.2015

Avqustun 20-də Mingəçevir şəhər Polis Şöbəsində ölüm hadisəsi baş verib.

Şöbəyə çağırılan 27 yaşlı köhnə Mingəçevir kənd sakini Bəhruz Hacıyevin bir müddətdən sonra ölüm xəbəri gəlib.

Onun ölümü kənd sakinlərinin qəzəbinə səbəb olub və qohumları ilə yerli polis arasında qarşıdurma yaranıb.

Kənd sakinləri deyir ki, onu polis bölməsinə aparanlar öldürüb.

Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Qurban Səfərov Mingəçevir kəndində olub, mərhumun yaxınları ilə görüşüb.

Bu barədə AzadlıqRadiosununun hadisə yerində olan müxbiri xəbər verir.

Müstəntiq bildirib ki, faktla bağlı cinayət işi açılıb və hazırda istintaq gedir.

O bildirib ki, baş prokurorluğun mətbuat xidməti istintaqın nəticələri barədə ictimaiyyətə açıqlama verəcək.

Faktla bağlı cinayət işi açılmasını AzadlıqRadiosuna Daxili İşlər nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov da təsdiqləyib.

O bildirib ki, ölümün səbəbi istantaq zamanı müəyyənləşəcək.

21:42 21.8.2015

AzadlıqRadiosu Mingəçevirdən canlı yayım edir

Mingəçevirdə polis idarəsində gəncin ölümünə etiraz olaraq sakinlərin Mingəçevir kəndində polis idarəsinin qarşısında keçirdikləri etiraz aksiyasından canlı yayım.

Bağışlayın, hazırda bu bölmə işləmir.

15:05 21.8.2015

Aydın Mirzəzadə Mingəçevirdə baş verənləri şərh etmək istəmir

Mingəçevirdən millət vəkili seçilən deputat Aydın Mirzəzadə baş verən hadisəni AzadlıqRadiosuna şərh etməkdən imtina edib.

14:57 21.8.2015

Mingəçevirdə polislə qarşıdurma olub

Avqustun 20-də Mingəçevir şəhər Polis Şöbəsində ölüm hadisəsi olub. Şöbəyə çağırılan 27 yaşlı Bəhruz Hacıyevin bir müddətdən sonra ölüm xəbəri gəlib.

Davamı

XS
SM
MD
LG