Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 12:24
Cəmil Həsənli 2014
Cəmil Həsənli 2014

AzadlıqLive - Cəmil Həsənli:"Müxalifətə yer verilməyəcək"

Azərbaycanda və dünyada baş verən xəbər və hadisələr

Azərbaycanda və dünyada baş verən xəbər və hadisələr

17:58 8.10.2015

Mirşahin: "Ona qalsa, onun xoşu da mənim xoşuma gəlmir"

ANS Şirkətinin baş direktoru Mirşahin Ağayev APA-ya müsahibəsində MTRŞ ilə mübahisədən danışır və öz üslubunda belə deyir: "Mən verilişi yalnız ona görə bağlamalı deyiləm ki, bu N. Məhərrəmlinin xoşuna gəlmir. Ona qalmış olsa, onun xoşu da, ümumiyyətlə, mənim xoşuma gəlmir."

- Bu mübahisənin mahiyyətində Nuşirəvan Məhərrəmli ilə Xoşqədəm Hidayətqızı arasında şəxsi qalmaqalın dayandığını demisiniz? Özünüz bu dediyinizə inanırsınız?

- Çox təəssüf ki, bu, belədir. Hər şey onun Xoşqədəm xanımla şəxsi münasibətləri ilə başladı. O məndən tələb etdi ki, onu efirdən uzaqlaşdırım. Mən ona etiraz edəndən sonra məsələ artıq Sizin müşahidə etdiyiniz şəkli aldı.

- Siz, doğrudanmı, MTRŞ-dan milli-mənəvi dəyərlərin tərifini istəmisiniz?

- Bəli, biz Nuşirəvan Məhərrəmlidən mili-mənəvi dəyərlərin siyahısını və tərifini istəmişik. İndi də istəyirik. Çünki bu qurumun işi şəxsi rəy və fərdi zövqün bu və ya digər telekanala müncər edilməsi olmamalıdır. Nuşirəvan və Mirşahin fərqli zövqlərə malik insanlardır və bu təbiidir.

17:19 8.10.2015

Martirosyanın anasını maşın vurub

Azərbaycandan sığınacaq alan Ermənistan “Milli Azadlıq Hərəkatı” nın rəhbəri Vahan Martirosyanın anasını maşın vurub.

News.am saytının məlumatına görə, hadisə Culyetta Virabyan Yerevanda yolu keçərkən baş verib. Nəticədə Virabyanın ayağı sınıb və şəhər xəstəxanasına götürülüb.

16:35 8.10.2015

Yağışdan çökən Avtovağzal ...

"Yağışlar intensivləşərsə, onda Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki çökmə dərinləşə bilər».

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin baş geoloqu Ələmdar Piriyev AzadlıqRadiosuna müsahibəsində bildirib.

Onun dediyinə görə, kompleksin ərazisindəki sürüşmə və çökmənin səbəbi yağışlardır: «Yağış, suvarma suları yığışıb sürüşməni, çatları əmələ gətirib».

14:26 8.10.2015

Facebook-da yazdığına görə məhkəməyə verildi

“Nikoil Bank” hüquqşünas, bank üzrə mütəxəssis Əkrəm Həsənovu məhkəməyə verib, bankla bağlı paylaşdığı fikrinə görə.“Bankın iddiası o qədər cəfəngiyyatdır ki, məhkəmə bu cür iddianı heç qəbul da etməməlidir”.-Əkrəm Həsənov belə deyir.

“Nikoil Bank” həm Əkrəm Həsənovdan, həm də onun statusunu dərc edən 10-dan çox media orqanından yalnız birindən - Aznews.az portalından 35 min manat tələb edir.

Bankın bu iddiasına səbəb ekspertin 24 avqust tarixində Facebookda “Əmanətimi hansı banka qoyum?” adlı paylaşımıdır. Bank hesab edir ki, bu yazı onun işgüzar nüfuzunu ləkələyərək, ona zərər vurub, nəticədə əmanətçilər əmanətlərini çıxarmağa başlayıb və bu proses indi də davam edir.

Sözügedən yazının əsas mahiyyəti ondan ibarət olub ki, banklara əmanət qoymaq təhlükəlidir. Ən təhlükəli banklar qismində isə Rusiyaya mənsubluq meyarına görə VTB və “Nikoil Bank” göstərilib.

Davamı

XS
SM
MD
LG