Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 14:57

Azərbaycanda parlament seçkiləri [dəqiqəbədəqiqə]

Noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçirilib. Rəsmi məlumata görə, Milli Məclisdə 125 yer uğrunda 767 namizəd mübarizə aparır.

Təşviqat kampaniyasına 1200-dən çox namizəd qoşulsa da, daha sonra onların bəziləri, o cümlədən Müsavat Partiyası üzvlərinin böyük əksəriyyəti seçkiyə qatılmaqdan imtina edib.

Müxalif Milli Şura daha öncədən seçkini boykot edərək, nəticələri tanımayacağını bildirib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda budəfəki seçkiləri müşahidə etməyəcəyini açıqlayıb.

Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətnin aşağısıdakı göy rəngli «davamı» düyməsini basmaqla, bloqu vərəqləmək, əvvəlki postlarla tanış olmaq da mümkündür.

12:02 1.11.2015
Oqtay Əsədov da səs verdi

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov parlament seçkilərində səsvermə hüququndan istifadə edib.

report.az xəbər verir ki, spiker 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 22 saylı məntəqəsində səs verib.

Adıçəkilən məntəqədə 1 298 seçici qeydiyyata alınıb. Artıq 200-dən çox seçicinin səs verdiyi deyilir.
Xatırladaq ki, həmin seçki dairəsindən 6 nəfərin namizədliyi qeydə alınıb.

12:11 1.11.2015
Leonid Slutsky
Leonid Slutsky
«Seçkilər o qədər yaxşı təşkil olunub ki…»

«ATӘT-in Demokratik Təsisatlar və İnsan Hüquqları bürosu gözdə çöp axtarır. Bu qurum neqativlәrin axtarışındadır. Təəssüf ki, Rusiyada olduğu kimi beynəlxalq arenada Azərbaycanla bağlı informasiya siyasәti sahәsindә isterika, faktların deformasiyası müşahidə edilir».

AZƏRTAC-ın məlumatına görə, bunu Azərbaycanda parlament seçkilərini müşahidə edən MDB Parlamentlərarası missiyasının rəhbəri Leonid Slutsky deyib.

Onun sözlərinə görə, seçkilər o qədər yaxşı təşkil olunub ki, DTİHB iflasa uğrayıb. «Neqativ olmayacaq. Bu qurumun seçkilәrin müşahidəsindən imtina etməsi onun artıq tükəndiyini göstərir. DTİHB imkan verir ki, onunla marionetka kimi rəftar etsinlər. Bu, DTİHB-nin mandatına uyğun gәlmir. Bu qәrara görә yalnız təәssüf etmәk qalır. Bu heç bir halda müasir Azәrbaycanın imicinә, çiçәklәnәn iqtisadiyyatına tәsir etmәyәcәk», - deyə o vurğulayıb.

12:38 1.11.2015
«Yarım saatdan bir səs verirlər»

21 saylı Nəsimi birinci seçki dairəsinin əksər məntəqələrində karusel əməliyyatından istifadə olunur, müşahidəçilərə işləməyə imkan verilmir.

Bunu AzadlıqRadiosuna namizədliyini öz şəxsi təşəbbüsü ilə irəli sürmüş Tural Abbaslı deyib:

«Mürəkkəbi barmağa batırmaq əvəzinə salfetə fısqırdırlar. Karuseldə gəzən adamların xüsusi parolları var. 19, 20, 21 saylı məntəqələrdə onları tez-tez görmək olar. Hər yarım saatdan bir gedib məntəqələrdə səs verirlər».

Tural Abbaslı müşahidəçilərin tez-tez məntəqələrdən çıxarılacaqları ilə bağlı hədələndiklərini, onlardan biri Orxan İsmayılovun bayıra atıldığını deyib.

21 saylı Nəsimi birinci seçki dairə komissiyasının sədri Məhsəti Ağayeva AzadlıqRadiosuna deyib ki, məntəqələrdə «karusel»dən istifadə olunmayıb.

Müşahidəçilərə maneçiliyə gəldikdə isə...: «Bütün bunlar yalandır. Tural Abbaslı gedib məntəqələrdə dava salır. Heç bir qanunsuzluq ola bilməz».

13:00 1.11.2015
12-dək 28 faiz səs verib

Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov parlament seçkiləri ilə bağlı saat 12-yə olan məlumatları açıqlayıb.

Onun açıqladığı rəqəmlərə görə, ən yüksək seçici fəallığı Naxçıvan Muxtar Respublikasındakı dairələrdə müşahidə edilir. Həmin dairələrdə seçicilərin 40 faizdən çoxu artıq səs verib. MSK təmsilçisinin açıqladığı rəqəmlərdən həmçinin görünür ki, Bakıdakı dairələrdə seçici fəallığı nisbətən aşağıdır - 20 faiz:

«Beləliklə ölkə üzrə göstərici 28.2 faizdir. Növbəti məlumat saat 15-də olacaq».

Davamı

XS
SM
MD
LG