Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 20:44

Prezidentə başsağlığı verilir


İlham Əliyev
İlham Əliyev

-
Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

Məlumatı prezident.az saytı yayıb.

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili isə prezident İlham Əliyevə telefonla zəng edib.

Hər iki ölkə başçısı “Günəşli” yatağındakı platformada baş vermiş yanğın nəticəsində insan tələfatı ilə bağlı dövlət başçısına, həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib.

Azərbaycan prezidenti göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

Dekabrın 4-də “Günəşli” yatağındakı platformada yanğın olub. Yaralı və ölənlər var, 30 nəfərin itkin düşdüyü bildirilir.

XS
SM
MD
LG