Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 19:42

Atışmada mal-qarası qırılana yardım olacaqmı?


►Mərminin öldürdüyü mal-qara, zədələdiyi, dağıtdığı ev, əkin sahəsi qeydə alınır

“Kəndə düşən mərmilərdən mal-qara arasında tələfat var, evlərə zərər dəyib, amma indi kimsə bunun hayında deyil. Hamı cəbhədən qələbə xəbərlərini gözləyir”.

Bunu Ağdamin Zəngişalı kəndinin sakini Nərgiz İmanova deyir. Əlavə edir ki, kənd sakinləri mal-qara, əkin-biçinlə dolanır:

“Camaat hər şeydən əlini çəkib müharibənin od-alovuna tamaşa edir. Bəziləri kənddən mal-qarasını çıxarır ki, ziyan görməsin. Onda mal-qaranı asfalt yolla yox, camaatın əkin-biçin sahələri ilə aparır. Əkin sahələri hamısı tapdaq altında qalır, bu da elə kəndliyə ziyan deməkdir”.

Nərgiz İmanovanın sözlərinə görə, rəsmi şəxslərin camaata dəyən ziyanı qeyd etdiyini eşitməyib.

“Uçan tövləmi, ölən heyvanımı yazdılar”

Tövləsi və heyvanı mərmi qurbanı olan Ağdamın Çəmənli kənd sakini Şakir İbadov isə atəş səngiyəndən sonra rəsmi şəxslərin ona dəyən ziyanla bağlı qeyd apardığını deyir. Onun sözlərinə görə, kənddə bir çox adamın mal-qarasında tələfat var, ev-eşiyi zərər görüb.

___________________________________________________________

Bunlara da bax:
Maliyyə Nazirliyi 15 milyon borc aldı
Keçmiş hərbçi İsa Sadıxov ordunun sonacan gedəcəyinə inanmır

___________________________________________________________

Çəmənli kənd bələdiyyəsinin sədri Pənah Hüseynov deyir ki, komissiya yaradılıb və zərər dəyən evləri, mal-qaranı qeydə alırlar:

Gözlə

No media source currently available

0:00 0:00:45 0:00
Direct-ə keçid

“Fövqəladə hallar üzrə komissiya məlumatları toplayır. Hələlik dəqiq nə qədər ziyan dəydiyini deyə bilməyəcəyik. Gərginlikdir, arada atırlar, amma komissiya işləyir, Ağdam rayon rəhbərliyi də vəziyyəti nəzarətdə saxlayır”.

“Ev dövlət hesabına təmir olundu”

Pənah Hüseynovun sözlərinə görə, kənd təsərrüfatına ciddi ziyan dəyib, mərmilər əkin sahələrinə də düşüb. O, qısamüddətli müharibədən ziyan çəkən kənd sakinlərinə konkret hansı yardımların olunacağını bilmir, deyir ki, ilk dəfədir, atışma nəticəsində belə hallar baş verir: “Əvvəllər olub ki, atışmada bir-iki evə zərər dəyib, onlar da dövlət hesabına təmir edilib. Belə mal-qara tələfatı, əkin sahələrinə ziyan kənddə ilk dəfədir”.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən dedilər ki, onlara, hələlik, cəbhəyanı bölgələrdə kənd təsərrüfatına ziyanla bağlı məlumat daxil olmayıb.

Mərmi düşən evdən reportaj
Gözlə

No media source currently available

0:00 0:02:21 0:00

XS
SM
MD
LG