Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 07:58

«Gələcək çempionlara uduzduq»


Fransa-İslandiya oyunu
Fransa-İslandiya oyunu

İslandiya yığmasının hücumçusu Kolbeinn Sigthórsson Fransaya məğlubiyyətdən sonra komandasının turnirin gələcək qalibinə uduzduğunu deyib.

UEFA-nın saytı Sigthórsson-un bu açıqlamasını yayıb: «Mübarizəni dayandırmağımız təəssüf doğurur. Ancaq bu turnirdə etdiklərimizlə, eləcə də bizi ürəkdən dəstəkləyən azarkeşlərimiz ilə qürur duyuruq. Bir bu atmosferə baxın – gözəllikdir. Düşünürəm ki, gələcək Avropa çempionlarına qarşı oynadıq. Fransızlar oyunu parlaq keçirdi. Bəlkə də müdafiədə lazım olan kimi oynamadıq. Ancaq ikinci hissədə oyuna döndük və qol vura bildiyimizi göstərdik.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

Xarakter göstərdiyinə görə komandamıza təşəkkür düşür. İkinci hissəni uda biləcəyimizi göstərmək istəyirdik və bunu bacardıq».

XS
SM
MD
LG