Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 15:36

Hamı 'pulum yoxdur' deyir, 'Paşa Development'sə...


Arif Paşayev
Arif Paşayev

Varlı, ya yoxsul – hamının pulsuzluqdan dad döydüyü bir zamanda Azərbaycanın inkişaf etməkdə olan ən iri şirkətlərindən biri - «Paşa Development» MMC kapitalını yenə artırıb.

Bu dəfə səhmdar - «Paşa Holdinq» MMC onun sərmayəsinə 1 milyon 700 min manat yatırıb.

İndi şirkətin kapitalı 297 milyon 973 min 905 manatdır. Böhranlı 2016-cı ildə şirkət böyüməyə davam edib və kapitalının 77,7 milyon manat artımına nail olub.

Buna da bax:​ «Paşa Development» aybaay böyüyür

Vəsaitin mənbəyi “məxfidir”

Kapital artımına yönəldilən vəsaitin mənbəyi (səhmdarın sərmayəsi, şirkətin xalis mənfəəti və s.) barədə AzadlıqRadiosu-nun sualına «Paşa Holdinq» MMC-nin ictimaiyyətlə əlaqələr departamentində «məxfidir» deyə cavab veriblər. Şirkətlər qrupu Azərbaycanda və xaricdə «Paşa Development» MMC-nin mülkiyyətində və idarəetməsində olan əmlaklara aid sualı da cavabsız buraxıb.

«Azerbaijan Global Investments» MMC-də 35 faizlik paya sahib olan «Paşa Development» Monteneqroda otel-istirahət kompleksi, Gürcüstanda otel tikintisi ilə məşğuldur. Şirkətin Gürcüstan bölməsinin internet səhifəsi yaxın vaxtlarda təqdim olunacaq.

Buna da bax: 'Paşa Development' - 300 milyona nə qaldı…

Holdinqin kapitalı məlum deyil

2012-ci ildə yaradılan «Paşa Development» MMC «Paşa Holdinq»in daşinmaz əmlak idarəçiliyi ilə məşğul olan, ən azı, 4 şirkətindən («Absheron Hotel Group» MMC, «Paşa İnşaat» MMC və «PMD Group» MMC) biridir. Amma son iki şirkətin, eləcə də holdinqin (VÖEN: 1401007871) haqqında bir müstəqil hüquqi şəxs kimi kommersiya şirkətlərinin dövlət reyestrində məlumat yoxdur. Bu səbəbdən onların kapitalı məlum deyil.

XS
SM
MD
LG