Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 13:45

‘Mühacirlərin dönüşü’ baş tutdu...


‘Mühacirlərin dönüşü’ kitabının üzqabığı
‘Mühacirlərin dönüşü’ kitabının üzqabığı

Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhmədin yeni kitabı nəşr edilib.

Dilqəm Əhmədin AzadlıqRadiosu-na verdiyi xəbərə görə, "Teas Press" Nəşriyyat Evində çap olunan "Mühacirlərin dönüşü"ndə Azərbaycan mühacirət tarixi ilə bağlı yeni sənədlər, məktublar, fotoşəkillər yer alıb, mühacirlərin həyatından maraqlı fraqmentlər, yeni məlumatlar öz əksini tapıb.

Buna da bax:​ Dilqəm Əhməd. Əşyalar (hekayə)

Məhəmmədəmin Rəsulzadə, Mirzəbala Məhəmmədzadə, Abbasqulu Kazımzadə, Əbdülvahab Yurdsevər, Məhəmmədəli Rəsulzadə, Almas İldırım, Mustafa Vəkiloğlu, Əziz Alpoud, Səməd Ağaoğlu kimi şəxsiyyətlərə aid materiallar müəllifin yeni araşdırmaları nəticəsində əldə edilib və oxuculara ilk dəfə təqdim olunub.

Kitabın elmi redaktoru professor Ədalət Tahirzadə, nəşriyyat redaktoru Kərim Kərimlidir.

Buna da bax: Dilqəm Əhmədin topladığı, AXC tarixinə aid yeni sənədlər kitab oldu

Kitabda 1918-ci ildə Məhəmmədəmin Rəsulzadənin rəhbərliyi ilə İstanbula göndərilən Azərbaycan nümayəndə heyətinə aid nadir foto yayımlanıb. Müəllif deyir:

"Bu fotonu İstanbulda bir kitabçıdan 600 dollara aldıq. Bildiyiniz kimi, ötən il mühacirət arxivinin alınması üçün kampaniya elan etmişdik. Vətəndaşlarımızın maddi, mənəvi dəstəyi ilə o arxivlərin bir qismini aldıq və bu kitabı ərsəyə gətirdik. Kitabda onlarla məktub, foto var ki, bunlar ilk dəfə olaraq ictimaiyyətə bəlli olacaq. Kitabın ikinci cildi üçün yeni kampaniya başlatmışıq. Kampaniyamıza dəstək olarsa, Cümhuriyyətimizin 100-cü ildönümünə yeni kitab həsr edəcəyik".

Buna da bax:​ Seymur Baycan: 'Sovet nostalgiyası niyə bitmir?'

Dilqəm Əhməd ötən il kampaniyaya dəstək verən AzadlıqRadiosu-nun “İz” proqramına da minnətdar olduğunu bildirir. Bu proqramda efirə gedən verilişdən sonra kampaniyaya diqqətin artdığını vurğulayır.

Azərbaycan Cümhuriyyəti tarixinin, o dövrün görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığının tədqiqatçıları üçün unikal mənbə olan bu kitabı şəhərin kitab mağazalarına satışa çıxarılıb.

‘Mühacirlərin dönüşü’ kitabının arxa üzü
‘Mühacirlərin dönüşü’ kitabının arxa üzü

XS
SM
MD
LG