Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 09:37

Fərhad Bədəlbəyliyə 'İstiqlal' ordeni təqdim edilib


İlham Əliyev Fərhad Bədəlbəyliyə “İstiqlal” ordenini təqdim edir. 25dek2017
İlham Əliyev Fərhad Bədəlbəyliyə “İstiqlal” ordenini təqdim edir. 25dek2017

Dekabrın 25-də Prezident İlham Əliyev Xalq Artisti, görkəmli pianoçu Fərhad Bədəlbəyliyə “İstiqlal” ordenini təqdim edib.

Dekabrın 27-də Fərhad Bədəlbəylinin 70 yaşı tamam olur.

O, 1947-ci ildə tanınmış rejissor Şəmsi Bədəlbəylinin ailəsində doğulub.

Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında, P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında təhsil alıb.

Dövrün nüfuzlu müsabiqələrinin qalibi olub.

Fərhad Bədəlbəyli dünyanın saysız ölkələrində konsertlər verib.

1991-ci ildən Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektorudur.

XS
SM
MD
LG