Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 14:54

Seçki pozuntularına görə həbslər ola bilərmi?


MSK bir sıra məntəqələrdə də nəticələri ləğv etdi
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00

MSK bir sıra məntəqələrdə də nəticələri ləğv etdi

Fevralın 9-da Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı şikayətlərə baxış hələ təqribən bir həftə davam etməlidir. Bu proses qanunvericiliyə əsasən, fevralın 29-na kimi davam edə bilər. İndiyə qədər Mərkəzi Seçki Komissiyası (MSK) 4 dairədə nəticələri ləğv edib. Habelə, təqribən 10 dairədə 30 civarında məntəqələrin də nəticələri etibarsız sayılıb.

«...və cinayət işi başlanmalıdır»

Hüquqşünas Ələsgər Məmmədli AzadlıqRadiosuna deyib ki, əgər hansısa dairədə ciddi qanun pozuntusu, saxtalaşdırma baş veribsə, faktlar prokurorluğa da təqdim edilməlidir: «Tutaq ki, «seçki karuseli» (təlimatlandırılan bir qrup seçicinin bir neçə məntəqədə səs verməsi) baş verir, ya topa bülletenlər atılır. Bu halda komissiyalar tərəfindən qərarlar qəbul edilir. O zaman həmin dairələr üzrə faktlar eyni zamanda, paralel olaraq prokurorluğa göndərilərək araşdırılmalı və cinayət işi başlanmalıdır. Çünki bu nəticələr bilavasitə seçki pozuntuları səbəbindən ləğv edilib. Pozuntu isə məsuliyyət yaradır».

Ə.Məmmədli
Ə.Məmmədli

Cərimə, islah işi, həbs...

Ə.Məmmədli vurğulayıb ki, Cinayət Məcəlləsində bu məsələlər ilə bağlı 4 maddə var: «Komissiyaların protokolları saxtalaşdırması, seçkiyə müdaxilə etməsi, başqalarının hüquqlarını pozması kimi hallar üzrə maddələrdə sanksiyalar dəyişir. Belə ki, burada cərimələr, islah işlərinə cəlb etmək və 2 ilə kimi azadlıqdan məhrum etmək də var. Bundan əlavə, vəzifəli şəxsilər (komissiya üzvləri-red.) vəzifə səlahiyyətlərini sui-istifadə ilə həyata keçirirsə, başqalarının hüquqlarını pozmağa əsas versə, o zaman 7 ilə kimi həbs cəzası nəzərdə tutulur».

Amma ölkənin hüquq-mühafizə orqanları növbədənkənar parlament seçkiləri ilə bağlı, hələlik, hər hansı cinayət işinin açılması ilə bağlı məlumat yaymayıblar.

MSK-nın mövqeyi

MSK-dan «Turan» agentliyinə bildiriblər ki, seçki pozuntularına görə məsuliyyət məsələsi indiki mərhələdə həll edilmir.

Seçki məntəqəsində döyülən Jalə Bayramova başına gələnləri danışır
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

Qurumdan deyilənə görə, seçki pozuntuları ilə bağlı araşdırmalar mərhələsi sona çatanda bu hallar yekun hesabatda ifadəsini tapacaq.

MSK-dan habelə deyilib ki, yekun hesabat fevralın sonunda hazır olacaq: «Martın birinci 10 günü ərzində isə Konstitusiya Məhkəməsi (KM) seçkilərin nəticələri ilə bağlı iclas keçirəcək. MSK-nın yekun hesabatı KM-nə təqdim ediləcək».

MSK-dan pozuntularla bağlı faktların dəyərləndirilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilə biləcəyi istisna edilməyib: «Ölkə qanunvericiliyində seçki pozuntularına görə məsuliyyət var və həmin çərçivədə tədbirlər görüləcək…Buna görə cərimə də var, həbs də var. Pozuntunun halından asılı olaraq adekvat cəzalar müəyyən edilir. Bunları isə artıq məhkəmə orqanları müəyyən edəcək».

«Günahı olan komissiyalar tam tərkibdə buraxıla bilər»

MSK-dan o da deyilib ki, onlar ancaq komissiyalar barədə qərar verə bilər: «Yəqin ki, günahı olan komissiyalar tam tərkibdə buraxıla bilər. Əgər komissiya buraxıldısa, həmin komissiyada fəaliyyət göstərmiş şəxslər bir də heç vaxt seçki komissiyalarında təmsil oluna bilməzlər».

Namizədlərin şikayəti poçtda niyə ləngiyir?
Gözlə

No media source currently available

0:00 0:02:37 0:00

Xatırlatma

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. MSK dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb. Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri qazanıb.

Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlayıb. Rəydə seçkiyə aid bir sıra tənqidi fikirlər yer alıb.

Ayrı-ayrı dairələr üzrə MSK-ya şikayətlər daxil olub. MSK-dan deyilib ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi. Amma 2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

XS
SM
MD
LG