Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 09:42

İtalyalı deputata 4 il həbs kəsildi


Luka Volonte
Luka Volonte

2018-ci ildə Avropa Şurasının araşdırma komissiyası da bir qrup deputatın pul qarşılığında, AŞPA-da Azərbaycan hökumətinin tərəfini saxladığını müəyyənləşdirmişdi

Yanvarın 11-də Milan məhkəməsi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) İtaliyadan keçmiş üzvü Luka Volonteni korrupsiyada təqsirli bilərək dörd il həbs cəzasına məhkum edib. Bu haqda İtaliyanın “La Repubblica” qəzeti məlumat yayıb.

Məhkəmə onu iki azərbaycanlı siyasətçidən yarım milyon avro almaqda təqsirli bilib. Əvəzində keçmiş deputatın 2013-cü ildə AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi Kristof Ştrasserin hesabatının qəbulunu əngəllədiyibildirilir. Azərbaycan hökuməti hesabatın qəbul olunmaması üçün AŞPA-ya təzyiq göstərirdi.

Yarım milyon avronun alındığı sübuta yetirilib

İstintaqın bildirməsinə görə, keçmiş deputata Azərbaycandan 10 milyon avro vəd edilib. Bu vəsait konsaltinq xidməti üçün ödəniş kimi qeydə alınıb. Volonte pulun cəmi 2.4 milyonunu əldə edib. Ancaq bu puldan yarım milyon avronun alındığını sübuta yetirmək mümkün olub.

Volontenin vəkilləri isə ittihamları rədd edərək əsassız adlandırıblar.

2018-ci ildə Avropa Şurasının araşdırma komissiyası da bir qrup deputatın pul qarşılığında, AŞPA-da Azərbaycan hökumətinin tərəfini saxladığını müəyyənləşdirmişdi. Bundan sonra bir neçə deputat qurumdan xaric edildi.

Bütün bunlar “Azərbaycanın pulyuyan maşını” adlı araşdırmadan sonra gündəmə gəlib. Beynəlxalq jurnalistlər 2,9 milyard dolların Azərbaycandan qanunsuz yolla çıxarıldığını iddia ediblər.

Azərbaycan rəsmiləri isə iddiaları rədd ediblər.

XS
SM
MD
LG