Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 05:20

İslahatlar elan ediləndən nələr dəyişib?


Prezident İlham Əliyev Salyan rayonunda pambıq sahəsində, arxiv foto
Prezident İlham Əliyev Salyan rayonunda pambıq sahəsində, arxiv foto

2018-ci ildə keçirilən Prezident seçkilərindən sonra Azərbaycanda yeni islahatlara start verildiyi açıqlandı. Həm kadr, həm də struktur islahatların dərinləşdirildiyi bildirildi.

Bu mənada ötən bu 3 ildə ölkədə dəyişikliklər baş veribmi və veribsə bu hansı istiqamətlərdə özünü göstərir?

Nar bağları məhv olur
Gözlə
Embed

No media source currently available

0:00 0:05:38 0:00


AzadliqRadiosunun bu barədə sualını cavablayan Milli Məclisin Sosial siyasət Komitəsinin sədri Musa Quliyev ötən 3 ildə həm iqtisadi-sosial, həm də dövlət quruculuğu sahəsində çox dərin islahatların davam etdirildiyini söyləyib:

“Korrupsiya ilə mübarizədə böyük uğurlar əldə olunub”

“Korrupsiya ilə mübarizədə böyük uğurlar əldə olunub, yeni insanlar vəzifələrə gətirilib. Ancaq mən adlar sayıb fikrimi konkretləşdirmək istəmirəm, araşdırma aparsanız görərsiniz ki, neçə adamlar vəzifələrə gətirilib. Gənc insanların icra başçısı təyin olunması dediklərimi təsdiqləyir”.

Musa Quliyev, arxiv foto
Musa Quliyev, arxiv foto

“Azərbaycanın 3 ildə xəritəsi dəyişib”.

Deputat hesab edir ki, aparılan islahatların nəticəsidir ki, Azərbaycanın 3 ildə xəritəsi dəyişib:

“Biz ərazi bütövlüyünü bərpa etmişik, bundan böyük tarixi nailiyyət ola bilməz, bu, müstəqilliyimizi əldə etdiyimiz qədər vacib hadisədir. Əlbəttə, bu dəyişiklik ordu quruculuğu, iqtisadi-sosial həyatdakı islahatlar və xalq-iqtidar birliyi nəticəsində baş verdi”.


Siyasi fəal Bəxtiyar Hacıyev isə ötən 3 ildə sadəcə kosmetik dəyişikliklərin olduğu qənaətindədir:

“Bir məqsədi var... ”

“Amma sistemin özünün mahiyyətinin dəyişməsini hiss etməmişik. İzah olunurdu ki, dəyişikliklər insanların maraqlarına xidmət edəcək, vətəndaşların rifahı yaxşılaşacaq. Amma sonrakı gedişat göstərdi ki, kadr, struktur dəyişikliklərinin, bir neçə qurumun ləğv olunması, yenilərinin yaradılmasının bir məqsədi var: maliyyə mənbələri bir əldə cəmləşsin. ”

“Adlar və şəxslər, simalar dəyişsə də,... ”

Bəxtiyar Hacıyev, 30 sentyabr 2010
Bəxtiyar Hacıyev, 30 sentyabr 2010

B.Hacıyevin vurğulamasına görə, bundan əlavə nə məhkəmə-hüquq sistemində, nə korrupsiya ilə mübarizədə, nə insan hüquq və azadlıqlarının, nə də ifadə azadlığının təmin olunmasında bir dəyişiklik baş verib:

“Adlar və şəxslər, simalar dəyişsə də, bütün pis praktika olduğunu kimi qalıb, hətta bəzi sahələrdə əvvəlki dönəmdən daha da pisləşib”

Xatırlatma

2018-ci ilin fevralında Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Prezident seçkilərinin və bir il sonra da parlament seçkilərinin növbədənkənar keçirilməsi islahatların sürətləndirilməsi ilə izah edilirdi.

Lakin ölkə müxalifəti bu təqdimatla razılaşmır.

2020-ci ildə isə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG