Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 19:24

Evdən işləmək hamıya düşmədi – Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

2000-2019-cu illərdə avrozonada ümumi əmək qüvvəsindəki artımın 98 faizi 55-74 yaşlıların payına düşürdü

Koronavirus pandemiyası bir çoxlarının işindən ayrılmasına səbəb olub. Daha çox Birləşmiş Ştatlar üçün xarakterik olan, “Böyük istefa” adlanan fenomen beynəlxalq miqyas almaqdadır.

“The Financial Times” qəzetində Sara O’Konnor miqrantların öz ölkələrinə qayıdaraq bir sıra ölkələrdə işçi qıtlığı yaratdığını yazır. Son iyirmi ildə əmək bazarında çəkisi artmış yaşlı işçilər ordusunun işdən ayrılması isə çoxdankı tendensiyanı alt-üst edir.

Pandemiya işdən gedənlərin qərarına təsiri

Müəllif yazır ki, pandemiyanın bu fenomeni əvvəlki formasına qaytarması, müvəqqəti dayandırması, yaxud uzunmüddətli perspektivdə sürətləndirməsindən çox şey asılıdır.

Pandemiyadan dolayı təkcə ABŞ-da 3 milyondan çox insanın işdən getdiyi bildirilir. Pandemiyanın əvvəlindən 2021-ci ilin ikinci rübünədək bu ölkədə əmək bazarından ümumilikdə 5.25 milyon nəfər çıxıb. Yəni, pandemiya bu insanların yarıdan çoxunun qərarına təsir göstərib.

Böyük Britaniyada aparılmış hesablamaya görə, hazırda əmək bazarında 310 min daha az yaşlı, özəlliklə də yaşlı qadın işçi var. Bəziləri işdən çıxıb, bəzilərinin iş qabiliyyəti xəstələnəndən sonra azalıb.

Müəllif niyə məhz yaşlı işçilərin işdən ayrılmasını araşdırır. Bir səbəb iş yerlərinin azalması və kollec dərəcəsi olmayanların çalışdığı işlərdə səhiyyə risklərinin artmasıdır. Məsələn, daha çox 55-64 yaşlı, kollec dərəcəsi olmayanlar işdən gediblər.

Təmizlikçilər və...

Böyük Britaniyada isə təmizlik, otelçilik sahələrində çalışan yaşlı qadınlardan bəziləri artıq əmək bazarını tərk ediblər. Axı, yaşlıların virusa yoluxma riski daha böyükdür.

Birləşmiş Ştatlarda isə əksinə, qara gün üçün topladıqları məbləği artıranlar işdən daha tez ayrılıblar.

Maraqlıdır ki, son 20 ildə bir sıra inkişaf etmiş ölkələrdə yaşlı insanlar işçi qüvvəsinin önəmli hissəsini tuturdular. 2000-2019-cu illərdə avrozonada ümumi əmək qüvvəsindəki artımın 98 faizi 55-74 yaşlıların payına düşürdü.

Pandemiyanın bir mirası da evdən işləməyin normaya çevrilməsi oldu və müəllif yazır ki, bu, yaşlıların hələ uzun müddət evdən işləməsini asanlaşdırdı. Yəni, koronavirus pandemiyasının yaşlı insanların işləməsi tendensiyasını bitirdiyinə söyləmək üçün tezdir.

Dünyada koronavirusa 251 milyona yaxın insan yoluxub, 5 milyondan çox insan vəfat edib.

XS
SM
MD
LG