Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 15:41

Omikrona görə vaksinasiya çağırışları artır


Niderland
Niderland

Amerikalıların 61 faizə qədəri hər iki dozanı, 29 faizi isə buster doza vurdurub

ABŞ-ın yoluxucu xəstəliklər üzrə aparıcı eksperti koronavirusun Omikron ştammının dünyada tüğyan etdiyi bir vaxtda bu il qışın xoş keçməyəcəyi ilə bağlı xəbərdarlıq edib.

Entoni Fauçi dekabrın 19-da deyib ki, Omikronn “qeyri-adi yayılma qabiliyyəti” var və “dünyanı ağuşuna almaqdadır”.

İndilik 3 faizdir, amma...

“Qış girincə bir neçə həftə, ay ağır keçə bilər”, – Fauçi NBC telekanalına deyib. Onun sözlərinə görə, indiki tendensiya davam edərsə, xəstəxanalar, özəlliklə vaksinasiyanın aşağı səviyyədə olduğu yerlərdə “çox yüklənəcək”. O, amerikalıları peyvənd vurdurmağa çağırıb.

Amerikalıların 61 faizə qədəri hər iki dozanı, 29 faizi isə buster doza vurdurub.

Hazırda ABŞ-da yoluxmaların 3 faizi Omikronun payına düşür. Digər ölkələrdə olduğu kimi, Birləşmiş Ştatlarda da bu proporsiyanın yüksələcəyi gözlənir. Belə ki, Omikron hazırda dominant Delta ştammını üstələyir.

Noyabrda Cənubi Afrikada aşkarlanandan bəri Omikron onlarla ölkədə qeydə alınıb, bir çox ölkələr səyahət məhdudiyyətlərinə, digər qadağalara əl atıb. Artıq Niderlandda həyati əhəmiyyətli sayılmayan biznes sahələri, məktəblər, əyləncə məkanları bağlanıb. Digər Avropa ölkələr səyahət qadağaları tətbiq ediblər.

ABŞ yoluxmalarda sıçrayışa hazırlaşır

Milli Səhiyyə İnstitutlarının direktoru Frensis Kollinz dekabrın 19-da ABŞ-ın CBS televiziyasına deyib ki, növbəti iki həftədə Omikrona yoluxmalar kəskin artacaq.

Kollinzin sözlərinə görə, ABŞ bu sıçrayışa hazırlaşır, Prezident Co Bayden dekabrın 21-də pandemiya ilə mübarizəyə dair xalqa müraciətində daha çox zərbə dəyən yerlərə xüsusi komandalar göndərmək planlarını açıqlayacaq. Bayden yenə də əhalini peyvənd olunmağa çağıracaq.

Fauçi və Kollins peyvənd olunmuş amerikalıları qarşıdan gələn bayramlarda səyahət planlarını təxirə salmağa çağırmayıblar. Ancaq deyiblər ki, adamlar aeroportlarda, təyyarələrdə, qatarlarda, avtobuslarda həmişə maska taxmalıdırlar.

Bu arada iki senator COVID-19 testlərinin müsbət çıxdığını açıqlayıblar.

Demokrat senatorlar Elizabet UorrenKori Buker bəyanatlarında buster daxil tam peyvənd olunduqlarını bildiriblər.

Almaniya

Almaniyada bir çox yerlərdə peyvənd olunmayanlara qadağalar qüvvədədir. Milad öncəsi isə lokdauna gedilməyəcəyi bildirilib.

Hökumətin məşvərət qrupu dekabrın 19-da bildirib ki, yeni məhdudiyyətlərə təcili ehtiyac yaranıb.

Omikron pandemiyaya “yeni miqyas” verib, çünki “qısa zaman kəsimində daha çox adamı yoluxdurur, sağalanlara, peyvənd olunanlara da təsir göstərir”, – ekspertlər bildirib.

Xəbərdarlıqda deyilir ki, əlavə tədbirlər görülməsə, xəstəxanalar, təhlükəsizlik və sağlamlıq xidmətləri, kommunal xidmətlər pozula bilər. Ekspertlər əhalini növbəti günlərdə təmasları azaltmağa səsləyib.

XS
SM
MD
LG