Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 09:32

Banklar 2021-ci ili necə başa vurub?


Azərbaycan dövləti öz prezidentinin ailəsinə belə borclanır
Gözlə

No media source currently available

0:00 0:03:14 0:00

Azərbaycan dövləti öz prezidentinin ailəsinə belə borclanır

Mənfəət 41 milyon manat artıb

Mərkəzi Bank 2021-ci ildə bank sektorunun yekun göstəricilərini açıqlayıb. Pandemiya ucbatından iqtisadi böhranlarla yadda qalan 2020-ci illə müqayisədə ötən il banklar iqtisadi göstəricilərini yaxşılaşdıra bilib. 2021-ci il ərzində Azərbaycan banklarının toplam xalis mənfəəti 609 milyon manata yüksəlib. Daha bir il öncə bank sektorunun xalis mənfəəti 568 milyon manat olmuşdu. Deməli, banklar ötən il 2020-ci illə müqayisədə 41 milyon manat və ya 7.2 faiz daha çox mənfəət əldə edib. Bank sektorunun büdcəyə ödədiyi mənfəət vergisinin həcmi 165 milyon 600 min manat olub.

İndi ölkədə 26 bank fəaliyyət göstərir. Maliyyə hesabatlarından aydın olur ki, həmin bankların 23-ü ili mənfəətlə, üçü isə zərərlə başa vurub. Maraqlıdır ki, zərərlə işləyən hər üç bank xarici ölkələrə məxsusdur. Söhbət Pakistan Milli Bankının, "Bank Melli İran"ın Bakı filiallarından və Türkiyənin Yapı Kredi Bankının Azərbaycan filialından gedir. İlboyu ən çox mənfəət əldə edən bank isə, hər zaman olduğu kimi, dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankı olub. Bank sektorunun toplam mənfəətinin 34.3 faizi – 209 milyon manata yaxını, sadəcə, Beynəlxalq Banka çatıb. Dövlətə məxsus digər bankın - Azərtürk Bankınsa mənfəəti cəmi 546 min manat olub.

Qubalı fermer: 'Dövlətin güzəştli kreditini niyə bizə vermirlər? Kimlər üçündür o kredit?'
Gözlə

No media source currently available

0:00 0:07:17 0:00

Mənfəət baxımından bank bazarında ikinci və üçüncü yerləri tutan bankların hər ikisinin – həm KapitalBankın, həm də PaşaBankın səhmləri "Paşa Hondinq"ə məxsusdur. Beləliklə, "Paşa Holdinq"in sahib olduğu banklar il ərzində toplam 270 milyon manat mənfəət əldə edib. Bu, bank sektorunun bütün mənfəətinin 44.3 faizi deməkdir. Rəqəmlərdən üzə çıxır ki, sözügedən sektorun toplam mənfəətinin 80 faizə yaxını dövlətə və "Paşa Holdinq"ə məxsus dörd bank arasında bölünüb.

İstehlak kreditləri daha çox artıb

Bank sektorunda çalışan işçilərin də sayı ilboyu 1 min 621 nəfər artaraq toplamda 20 min 329-a yüksəlib. Ötən ilin sonunda bankların toplam aktivlərinin həcmi 38 milyard 462 milyon manat olub. Daha bir il öncə həmin göstərici 32 milyard manatdan çox idi. Bu, bir il ərzində bankların öz aktivlərini 6 milyard manat və ya 20 faizə yaxın artırması anlamına gəlir.

Bankların aktivlərinin əsas hissəsi – 43.3 faizi kreditlərdir. Ötən il bankların kredit portfeli 18 faiz artaraq 16 milyard 659 milyon manata çatıb. Ölkə üzrə bankların kredit portfelinin 58.5 faizi biznes kreditlərindən, 27.1 faizi istehlak kreditlərindən, 14.4 faizi isə ipoteka kreditlərindən ibarətdir.

Hansı hallarda bank mülkünüzü əlinizdən ala bilməz
Gözlə

No media source currently available

0:00 0:02:41 0:00

Hazırda portfeldə əsas yeri biznes kreditləri tutsa da, 2021-ci ildə istehlak kreditlərindəki artım daha yüksək olub. İstehlak kreditləri portfeli 2020-ci illə müqayisədə 23.4 faiz artıb. Bu, ötən il ərzində əhalinin banklara borclanmasının sürətləndiyini göstərir. Biznes kreditlərindəki artımın həcmi isə 15 faizə yaxındır. İpoteka kreditləri portfeli isə il ərzində 19 faiz artıb.

Bankların kredit portfelində diqqətçəkən daha bir məqam ümumi portfeldə vaxtı keçmiş kreditlərin payının azalmasıdır. 2021-ci il ərzində problemli kreditlərin ümumi portfeldə payı 2 faizə yaxın azalaraq 4.2 faiz olub.

Əhalinin depozitləri artıb

Ötən il əhalinin banklarda saxladığı vəsaitin də həcmi artıb. Rəsmi rəqəmlərə görə, 2021-ci ilin sonunda vətəndaşların banklarda yerləşdiridiyi vəsait 9 milyard 242 milyon manata yüksəlib. Bu, bir il ərzində 1 milyard manatdan çox artım deməkdir. Eyni zamanda, 2015-ci ildən bəri, yəni, devalvasiyadan sonra ilk dəfədir ki, fiziki şəxslərin əmanətlərinin həcmi 9 milyard manatı ötüb. Depozitlərin artımı ilə yanaşı, diqqətçəkən daha bir məqam əmanətlərin dollarlaşma səviyyəsinin aşağı düşməsidir. 2020-ci ilin sonunda əhalinin banklardakı əmanətlərinin təxminən 51 faizi dollarla, 49 faizi manatla idi. Ancaq hazırda bütün əmanətlərin 59 faizi manat valyutasındadır. Ötən il milli valyutada yerləşdirilən əmanətlərin orta faiz dərəcəsi 9.12 faiz olub.

Ən çox problemli kredit bu rayondadır: 'Bəs neyləyək?'
Gözlə

No media source currently available

0:00 0:05:26 0:00

Nağdsız dövriyyədə artım davam edir

Bank sektoru ilə bağlı diqqətçəkən daha bir məqam nağdsız ödənişlərin və plastik kartların artmasıdır. Ötən il ərzində dövriyyədəki ödəniş kartlarının sayı 1 milyon 800 min ədəd artaraq 11 milyonu ötüb. Özəlliklə kredit kartlarının sayındakı artım diqqət çəkir. Ötən il ərzində kredit kartlarının sayı 300 min ədəd və ya 28 faiz artaraq 1 milyon 400 minə yaxınlaşıb. Ötən il bank kartları vasitəsilə aparılan nağdsız əməliyyatların həcmi 11 milyard 171 milyon manata çatıb. Cəmi bir il öncə - 2020-də bu rəqəm 6 milyard 115 milyon manat idi. Yəni, indikindən az qala iki dəfə az.

XS
SM
MD
LG