Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 11:06

Moldova və Gürcüstan Avropa İttifaqı üzvlüyünə müraciəti imzaladılar


İrakli Qaribaşvili
İrakli Qaribaşvili

Gürcüstan rəsmi müraciəti 2024-cü ildə etməyi planlaşdırırdı, amma dünyada dəyişən vəziyyətdən dolayı partiya bu işi sürətləndirməyə qərar verib

Moldova prezidenti Mayya Sandu martımn 3-də ölkəsinin Avropa İttifaqına üzvlüyü üçün ərizəni imzalayıb.

Bu barədə məlumatı AzadlıqRadiosunun Moldav xidməti yayıb.

Sandu bildirib ki, Moldova gələcək üçün, demokratiya və çiçəklənmə şəraitində yaşamaq və azad dünyanın bir hissəsi olmaq üçün məsuliyyətini qəbul edir.

Baş nazir Gürcüstanın Aİ-yə üzvlük üçün müraciətini imzalayır

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili artıq ölkəsinin Aİ-yə üzvlük üçün müraciətini imzalayıb.

“Əziz həmvətənlər. Bu gün Gürcüstan üçün tarixi gündür. Mən dövlətin adından Aİ-yə üzvlük müraciətini imzalayıram. Aİ-yə üzvlük müraciəti Gürcüstanın Avropaya inteqrasiyası yolunda daha bir vacib mərhələdir. Bu mərhələ tariximizdə yeni səhifə açır”, – Qaribaşvili deyib.

***

Gürcüstan martın 3-də Avropa İttifaqına (Aİ) üzvlük üçün rəsmi müraciət edəcək. Daha öncə Ukrayna Rusiyanın təcavüzü fonunda birliyə üzvlük tələblərini gücləndirib.

Hakim Gürcü Arzusu partiyasının sədri İrakli Kobaxidze martın 2-də mətbuat konfransında “Aİ üzvlüyü üçün dərhal müraciət etmək”lə bağlı qərarını açıqlayıb.

Gürcüstan rəsmi müraciəti 2024-cü ildə etməyi planlaşdırırdı, amma dünyada dəyişən vəziyyətdən dolayı partiya bu işi sürətləndirməyə qərar verib.

Martın 2-də Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurasının Prezidenti Şarl Mişel ilə telefon söhbətində müharibəni və diplomatik səyləri müzakirə etdiyini deyib. Zelenskinin sözlərinə görə, Kiyev “Ukraynanın Aİ-yə üzvlüyü barədə müsbət siqnallar gözləyir”.

Rusiya itkilərini açıqladı: 500 ölü, 1600 yaralı
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00

Siyasi iradə

Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba deyib ki, Ukrayna üzvlük prosedurlarını sürətlə yekunlaşdırmağa çalışır, amma hər şey Aİ-nin siyasi iradəsindən asılıdır.

“Aİ siyasi iradəsi olanda fundamental qərar vermək bacarığını göstərib. İndi bizim üzvlüklə bağlı belə bir qərar vermək zamanıdır”, – Kuleba söyləyib.

Üzvlük prosesi adətən illər çəkir, iqtisadi sabitlik, korrupsiyanın səviyyəsi, insan haqlarına hörmət kimi faktorlar nəzərə alınır. Yeni üzvlərin qəbulu üçün blokun 27 üzvünün birliyi lazımdır.

Həm Gürcüstan, həm də Ukrayna Aİ ilə “iqtisadi inteqrasiya və siyasi yaxınlaşma” və azad ticarətlə bağlı assosiasiya razılaşmaları imzalayıblar. Bu isə yekunda üzvlük deməkdir.

Bu iki keçmiş sovet respublikasının Qərblə əlaqələri sıxlaşdırması Rusiyanı qəzəbləndirib. 2008-ci ildə Rusiya Gürcüstanın bir hissəsini işğal edib.

Avropanın güclü və təhlükəsiz ölkəsi olmaq

Kobaxidze Aİ-ni Gürcüstanın müraciətinə təcili baxmağa çağırıb. Onun sözlərinə görə, Gürcüstanın məqsədi Avropanın güclü və təhlükəsiz ölkəsi olmaqdır, hər bir addım, o cümlədən Aİ üzvlüyünə müraciət qərarı da buna xidmət edir.

Partiya sədri son illər Gürcüstanın Aİ-yə inteqyasiya yolunda bir sıra uğurlar əldə etdiyini deyib, Aİ ilə Assosiasiya Razılaşmasını, azad ticarət sazişini misal gətirib.

Kiyev azərbaycanlısı: "Səfirlik bizimlə maraqlanmır, zirzəmidən çıxa bilmirik"
Gözlə

No media source currently available

0:00 0:03:31 0:00

O, ölkəsinin Aİ standartlarına yaxınlaşmaqdan ötrü bir çox islahatlar həyata keçirdiyini vurğulayıb.

“Bu işin məntiqi davamı olaraq bu gün üzvlük müraciətini edərək namizəd statusu almağa qərar verdik”, – Kobaxidze jurnalistlərə deyib.

Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb. Ondan iki gün öncə isə Ukraynanın şərqindəki separatçı qurumları tanıyıb. Moskva Ukraynanın Krım yarımadasını 2014-cü ildə ilhaq edib.

XS
SM
MD
LG