Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 16:31

Bayden nüvə armaqeddonu riskindən danışır


Sovet atom bombasının ilk sınağı
Sovet atom bombasının ilk sınağı

Ukrayna qüvvələri Moskvanın işğal etdiyi əraziləri azad etmək üçün əkshücumu davam etdirdiyi müddətdə ABŞ Prezidenti Co Bayden xəbərdarlıq edib ki, Kremlin nüvə silahlarından istifadə təhdidi son altmış ildə ən yüksək səviyyədədir.

Rusiya Prezidenti Vladimir Putin Ukraynada nüvə arsenalından istifadəylə bağlı indiyədək üstüörtülü təhdidlər səsləndirib. Bayden isə oktyabrın 6-da ABŞ mediasına deyib ki, Putin “zarafat etmir”.

Putinin təhdidi

“1962-cı ildə Prezident Con Kennedi dövründən və Kuba nüvə böhranından bəri armaqeddonla üzləşməmişik”, – Bayden Nyu Yorkda deyib.

1962-c ildə Kennedi və keçmiş Sovet İttifaqı lideri Nikita Xruşşov Kubada sovet raketlərinin mövcudluğuna görə nüvə silahı işlətməyə yaxın olublar.

Rusiya ötən həftə Ukraynanın qismən tutduğu dörd vilayətinin ilhaqını elan etməklə beynəlxalq hüququ pozub. Oktyabrın 7-də 70 yaşını qeyd edən Putin deyib ki, Moskva həmin vilayətlərə Ukraynanın hücumlarını Rusiyanın özünə hücumlar hesab edəcək, onlardan müdafiə olunmaq üçün hər vasitəyə əl atacaq.

Təkcə Xersonda 500 kvadrat kilometrdən çox ərazi

Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 6-da ilhaqı elan edilmiş dörd vilayətdən biri olan Xersonda irəlilədiyini elan edib.

Ayın əvvəlindən “təkcə Xerson vilayətində Rusiya işğalından 500 kvadrat kilometrdən çox ərazi azad olunub”, – Zelenski gecə müraciətində deyib.

Cənub ordusu komandanlığının sözçüsü Nataliya Gumenyukun sözlərinə görə, azad olunmuş ərazilərə Rusiyanın aylarla işğal altında saxladığı onlarla kənd və şəhər daxildir.

Müharibəyədək bir milyonacan əhalisi olan Xerson Moskva fevralın sonunda başlatdığı işğalın əvvəlində asanlıqla tutulub.

Şərqdə də irəliləyiş olduğu deyilir

Zelenski onu da deyib ki, Ukrayna qüvvələri şərqdə Donetsk və Luhansk vilayətlərində irəliləyir. O, cənub-şərqi Zaporojyedə itirilmiş ərazilərə nəzarətin bərpa olunacağına nikbinliyi bildirib.

İddiaları müstəqil təsdiqlətmək mümkün olmayıb.

Rusiya qüvvələrinin oktyabrın 6-da Zaporojye şəhərinə zərbələri nəticəsində yaşayış binası dağılıb, 11 nəfər həlak olub.

Moskva isə mülkiləri hədəfə almadığını deyir.

Ukrayna qüvvələrinin şimal-şərqi Xarkov vilayətində son iki həftədə 55 kilometrədək irəlilədiyi bildirilir.

XS
SM
MD
LG