Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 11:36

Qazaxıstanda Rusiya müğənnisinin konsertinin ləğv olunduğu deyilir


Polina Qaqarina
Polina Qaqarina

Bundan əvvəl bir çox Qazaxıstan sakinləri sosial şəbəkələrdə müharibəni dəstəkləyən sənətçinin onların ölkəsində konsert vermək planlarına hiddət bildirmişdilər

Qazaxıstanda Rusiyanın estrada müğənnisi Polina Qaqarinanın konserti ləğv olunub.

Bundan əvvəl bir çox Qazaxıstan sakinləri sosial şəbəkələrdə müharibəni dəstəkləyən sənətçinin onların ölkəsində konsert vermək planlarına hiddət bildirmişdilər.

Bu barədə məlumatı Qazaxıstanın Arbat.media saytı yayıb.

Qaqarinanın konserti fevralın 14-də Almatıda müğənninin “Tərksilah olunmuşam” adlı turunun çərçivəsində keçirilməli idi.

Bu konsertin anonsu sosial media platformalarında görünən kimi Qazaxıstan istifadəçiləri qəzəbli postlar yazmağa başlamışdlar.

Onlar “Z-aktrisanın” ölkəyə dəvət edilməsinə etiraz bildirirdilər.

“Z” işarəsi Rusiyanın Uktraynaya əsassız və səbəbsiz müdaxiləsinin simvoluna çevrilib.

Ukraynadakı Rusiya hərbi texnikası “Z” hərfi ilə işarələnir, hətta Rusiya dövlət telekanallarının aparıcıları və qonaqları bu simvolun nişanlarını yaxalarına taxırlar.

Yaşıllıq sarıdan yoxsul Bakı...
Gözlə

No media source currently available

0:00 0:04:48 0:00

Kirkorova olar, Qaqarinaya yox?

AzadlıqRadiosunun Rus xidməti yazır ki, konsertin ləğv olunması rəsmi səviyyədə elan olunmayıb, lakin onun anonsları konsert təşkilatçısının və bilet agentliklərinin saytlarından yoxa çıxıb.

Daha sonra sosial şəbəkələrdə müğənninin şəkli olan skrinşot peyda olub. Bu skrinşotda konsertin ləğv olunduğu yazılıb.

Polina Qaqarina Rusiyanın Ukraynaya müdaxiləsini açıq şəkildə dəstəkləyib.

O fevralın 25-də müğənni Nikolay Baskovun postuna layk qoyub. Baskov bu postunda müharibəni “sülhməramlı əməliyyat” adlandırmışdı.

Qaqarina habelə ötən mart ayında Moskvanın Lujniki stationunda Krımın ilhaqının ildönümünə həsr olunmuş konsertdə iştirak etmişdi.

Amma noyabrın əvvəllərində Qazaxıstanda Filip Kirkorovun iki konserti olub. Halbuki o da müharibəyə dəstək bildirmişdi.

XS
SM
MD
LG