Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 09:29

Sərhədlərin bağlı qalmasının xeyri varmı?


Quru sərhədlərin bağlı olması vətəndaşın hüququnu pozurmu?
Gözlə

No media source currently available

0:00 0:04:06 0:00

Quru sərhədlərin bağlı olması vətəndaşın hüququnu pozurmu? (2022)

Sərhədlərin açılmasının iqtisadi aktivliyə, əmtəə və xidmətlərin idxalına, ixracına təsirləri ilə bağlı qiymətləndirməmiz yoxdur.

Azərbaycanın bəzi yerli saytlarının məlumatına görə, bunu noyabrın 2-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

Bununla belə, Taleh Kazımov qeyd edib ki, məsələnin əhəmiyyətini nəzərə alaraq növbəti təhlillərində bu təsirləri araşdıracaqlar.

Məlumata görə, iclasda habelə başqa rəsmilər də deyib ki, ümumilikdə proqnoz nöqteyi-nəzərindən sərhədlərin bağlanmasının büdcəyə xeyri proqnozdan azdır.

"Əksinə, ziyan vurub"

İqtisadçı Zöhrab İsmayıl isə hesab edir ki, sərhədlərin bağlı qalması həm ölkə iqtisadiyyatına, həm də turizm sektoruna ziyan vurur.

"Düzdür, sərhədlər bağlıdırsa, ölkədən gedən azdır, amma gələn də yoxdur. Azərbaycan vətəndaşları turizm ehtiyaclarının bir hissəsini burada ödəyirlər, aviabiletlərə də çoxlu pul xərcləyirlər, amma bunu ciddi bir xeyir saymaq olmaz", - o, AzadlıqRadiosuna bildirib.

İqtisadçı qeyd edib ki, turizmə xeyir dəysəydi, bu, büdcə gəlirlərində öz əksini tapardı: "Amma biz büdcə gəlirlərinə baxsaq, görərik ki, qeyri-dövlət və qeyri-neft sektorlarında böyük bir dəyişiklik, artım yoxdur. Dünən də dövlət büdcəsinin əhəmiyyətli hissəsi neft gəliri hesabına formalaşırdısa, sabah da belə olacaq".

Xatırlatma

2020-ci ilin yazından koronovirus pandemiyası ilə bağlı Azərbaycanın quru sərhədlərindən qonşu ölkələrə gediş-gəliş məhdudlaşdırılıb. Son illər bununla bağlı tətbiq edilən karantin bir xeyli yumşaldılsa da, məhdudiyyət ardan qaldırılmayıb. Halbuki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın artıq başa çatdığını elan edib.

Azərbaycanda müxalifət fəalları da sərhədlərin bağlı qalması ilə bağlı etiraz aksiyası keçiriblər. Onlar bundan əhalinin ciddi ziyan və əziyyət çəkdiyini deyirlər.

XS
SM
MD
LG