Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 06:30

Minskdə metro partlayışında ölənlərin sayı 12-ə çatıb


Belarus paytaxtı Minskdə metro partlayışında ölənlərin sayı 12-ə çatıb. 150-ə yaxın adam xəsarət alıb. Onlardan 22-nin vəziyyəti ciddidir.

Məluma görə, partlayış aprelin 11-i axşam 6 radələrində Oktyabrinskaya stansiyasında baş verib. Partlayıcı maddə platformadakı skamyaların altına yerləşdirilibmiş. Partlayış nəticəsində 80 sm-ə yaxın çuxur yaranıb.

Bu gün Minsk metrosunun xətlərindən biri işləməyəcək. Aprelin 13-ü ölkədə matəm günü elan olunub.

Terror hücumu ilə bağlı araşdırma aparılır.

Prezident Aleksandr Lukaşenko partlayışı ölkədəki sabitliyi pozmaq cəhdi adlandırıb və əcnəbilərin iştirakını istisna etməyib.
XS
SM
MD
LG