Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 16:34

Politkovsakayanın ölümündən bir il keçir


Politkovskayanın anım mərasimi. Moskva. 7 oktyabr 2007
Politkovskayanın anım mərasimi. Moskva. 7 oktyabr 2007

Oktyabırın 7-də Anna Politkovsakayanın ölümündən bir il keçir. Nyu-York, Paris, Roma və Moskvada jurnalistin anım mərasimlərinin keçirilməsi planlaşdırılır.


60-dan çox məşhur şəxs «Tayms» qəzetinin imza toplama kompaniyasında iştirak edərək Politkovsakayanın qatilinin tapılmasını tələb ediblər. İmza atanlar arasında Cənubi Afrikadan olan Nobel sülh laureatı Desmond Tutu, britaniyalı dramaturq Harold Pinter, Amerika aktrisası Suzan Sarandon və fransalı mütəfəkkir Bernard Henri Levi də olub.


Politkovskaya öz yazılarında Kreml və Çeçen müharibəsinin tənqid edirdi. Düz bir il əvvəl jurnalist Moskvada yaşadığı binanın yanında qətlə yetirilmişdi.


«Komsomolskaya Pravda» qəzetinin məlumatına əsasən, Çeçenistanın Açxoy-Martan rayonu administrasiyasının keçmiş rəhbəri Şamil Burayev bu qətldə şübhəli şəxs kimi sentyabrın 13-də Moskvada həbs olunub.


XS
SM
MD
LG