Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 17:29

Avropadan Gürcüstana, Ermənistana sanksiya gələ bilərmi


Macarıstanda Aİ sanksiyalarına qarşı plakat
Macarıstanda Aİ sanksiyalarına qarşı plakat

Avropa İttifaqının (Aİ) bu ayın əvvəlində Rusiyaya qarşı qəbul etdiyi sanksiya paketində üçüncü ölkələrdə fərdlər və şirkətləri də cəzalandırmağın mümkünlüyü qeyd olunur. Əgər onlar Aİ qurumlarına Kremlə sanksiyalardan yayınmağa kömək edərlərsə.

AzadlıqRadiosunun Avropa müxbiri Rikard Jozviak yazır ki, Brüssel illərlə ABŞ-ın oxşar siyasətinə qarşı çıxıb, çünki ikinci dərəcələri sanksiyalar Aİ şirkətlərinə də toxunurdu. İndi isə özü eyni yolu gedir, Rusiyanın Ukraynadakı müharibəsinin maliyyə mənbələrini kəsmək istəyir.

Ancaq Brüsselin qonşuluğundakı Serbiya, Gürcüstan və Ermənistanda fərd və şirkətləri hədəfə alacağı real görünmür, bunun da xeyli səbəbi var. Bu ölkələr Qərbin Rusiyaya sanksiyalarına qoşulmaqdan imtina ediblər.

Müharibədə həlak olanların ailələri yetərincə diqqət görürmü?
Gözlə

No media source currently available

0:00 0:07:09 0:00

Brüssellə Vaşinqtonun fərqi

Aİ-nin oktyabrın 6-da dərc olunmuş sanksiya sənədində deyilir ki, blokun sanksiyalarından yayınmağa kömək edən “fiziki və hüququ şəxslər, təşkilatlar” hədəfə alınacaq.

Bu addım həm Aİ, həm də qeyri-Aİ oyunçulara aid olacaq. Məsələn, əgər onlar üçüncü ölkə vasitəsilə blokdan Rusiyaya, yaxud əks istiqamətdə sanksiya olunmuş məhsullar ixrac daşıyarlarsa cəzalandırıla bilərlər.

Burda ən vacib məqam məhz Aİ-nin Rusiyaya sanksiyalarının pozulmasıyla bağlıdır. ABŞ-ın sanksiyaları ilə bağlı isə məhdudiyyətlər var. Aİ hədəfdə olan şirkət, yaxud şəxsi viza qadağası və aktivlərin dondurulması ilə cəzalandırır. Vaşinqton isə sanksiyaya düşən qurumu öz maliyyə sistemindən tamamilə çıxarır.

Əsas məsələ isə bu sanksiyalara ümumiyyətlə tətbiq olunub-olunmayacağıdır. ABŞ indiyədək üçüncü ölkələrin Rusiya ilə münasibətləri ilə bağlı sanksiyalara əl atmayıb. Aİ-nin də eyni ehtiyatlı davranış sərgiləyəcəyi gözlənir.

Keçmiş erməni əsgərlər müharibənin acılarından danışırlar
Gözlə

No media source currently available

0:00 0:02:21 0:00

“Qorxutma taktikası”

AzadlıqRadiosuna danışan bəzi diplomatların sözlərinə görə, sanksiyaların miqyasını genişləndirməkdə məqsəd “qorxutma taktikası” kimi yozulmalıdır, yəni üçüncü ölkələr Aİ sanksiyalarıan qoşulmağa vadar olsunlar.

“Özümüzə gərəkərsə əl ata biləcəyimiz faydalı silah yaratmışıq”, – deyən Aİ diplomatı belə bir addımın “simvolik dəyəri” olduğunu sözlərinə əlavə edib.

Bir məsələ də həqiqətdir ki, Brüssel heç qonşuluğundakı ölkələri hədəfə almağa o qədər də meylli deyil, özəlliklə də Aİ-yə namizəd, yaxud potensial namizədləri. Çünki əsas düşüncə belədir ki, bu ölkələr onları Aİ-dən uzaqlaşdıra biləcək addım atmaq istəməzlər.

Sanksiyaların qəbul olunması üçün yekdillik lazımdır. Hətta siyasi iradə olsa belə, sanksiyaların tətbiq imkanları və hüquqi tərəfləri kimi əngəllər var, sanksiyaların pozulmasına dəlil paketləri hazırlanmalıdır və sairə.

Türkiyə hədəfdə?

Bəs onda Aİ-nin mümkün hədəfi kimlər ola bilər? Blokun üçüncü ölkələrlə bağlı belə bir niyyətini möhürləməsində Yunanıstan və Kiprin rolu olduğu deyilir, bu isə Türkiyənin hədəf ola biləcəyi anlamına gəlir.

Blokun Rusiyaya sanksiyalarının təsirinə dair Avropa Komissiyasının sızdırılmış sənədi var. Sənəddə Türkiyə Çinlə birlikdə sanksiyalardan yayınmalar fəslində qeyd olunur. Sənədə görə, 2022-ci ilin ikinci rübündə Türkiyədən Rusiyaya ixrac iki dəfəyədək artıb, bu tendensiya bir sıra əsas sahələrdə özünü göstərir. O da qeyd olunur ki, “2022-ci ildə bəzi üzv ölkələrdən Türkiyəyə ixrac da kəskin artıb”.

'Görün Nəsiminin yurdunu nə günə qoyublar' - Heykəlin arxasındakı faciəvi durum
Gözlə

No media source currently available

0:00 0:10:46 0:00

Rikard Jozviak yazır ki, heç Ankara da bu tezliklə narahat olmaya bilər. Amma Brüssel yavaş-yavaş qonşuluğundakı ölkələrin Rusiyaya sanksiyalar məsələsində davranışına daha çox diqqət ayırır.

Rusiya bu il fevralın 24-də Ukraynaya hərbi təcavüzə başlayandan sonra Qərbin sərt sanksiyaları ilə üzləşib.

XS
SM
MD
LG