Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 10:57

ABŞ Azərbaycanı din azadlığına görə nəzarət siyahısına salıb


Qarabağda Gəncəsər (Qandsazar) monastırı
Qarabağda Gəncəsər (Qandsazar) monastırı

Birləşmiş Ştatlar Azərbaycanı və daha üç ölkəni din azadlığını "ağır şəkildə" pozması, yaxud buna tolerant yanaşmasına görə nəzarət siyahısına salıb.

ABŞ dövlət katibi Antoni Blinken (Antony Blinken) yanvarın 4-də bəyanatında deyib ki, Azərbaycan Mərkəzi Afrika Respublikası, Komoros (Şərqi Afrika ölkəsi) və Vyetnamla bir siyahıda yer alıb.

Bu təsnifatdan öncə - dekabrın 5-də ABŞ Beynəlxalq Din Azadlığı Komissiyası (USCIRF) Qarabağda dini məbədlərin qorunması sarıdan narahatlığını dilə gətirib.

Komissiya bildirib ki, son illər Azərbaycanda din azadlığı sahəsində bəzi problemlər səngisə də, hökumət beynəlxalq insan haqları öhdəliklərini pozan qanunlarda islahat aparılmasına az maraq göstərib.

Şuşadakı kilsə kimə məxsusdur?
Gözlə

No media source currently available

0:00 0:05:05 0:00

Hazırda işğal dövründə Qarabağda və ətraf rayonlarda dağıdılmış dini məbədlərin bərpası layihələrinin gerçəkləşdirildiyi bildirilir.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayonu nəzarətinə qaytarıb. 2023-cü ilin sentyabrında birgünlük əməliyyatlarla Qarabağa nəzarət tam bərpa olunub. Bundan sonra 100 min erməninin Ermənistana qaçdığı bildirilir.

ABŞ Dövlət Departamenti 2023-cü ilin mayında Azərbaycanı dini azadlıqların kobud şəkildə pozulması ilə bağlı Xüsusi Nəzarət Siyahısına salmışdı. Hesabatda deyilirdi ki, bu ölkədə dini azadlıq şəraiti ümumən neqativ qiymətləndirilib.

+++

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının 2023-cü ildə Azərbaycanla bağlı xüsusi hesabatına və bu ölkənin Dövlət Departamentinin xüsusi izləmə siyahısına münasibət bildirib.

Komitə həm hesabatı, həm də Dövlət Departamentinin bəyanatını pisləyir: "Əminliklə bildiririk ki, ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycanda dini etiqad azadlığının pozulması barədə fərziyyələrə istinadla ölkəmizi heç bir beynəlxalq statusa malik olmayan qrupa (xüsusi izləmə siyahısı) daxil etməsi siyasi manipulyasiya vasitəsindən başqa bir şey deyildir".

Komitənin sədri Mübariz Qurbanlı APA-ya açıqlamasında deyib ki, "Azərbaycanı izləmə siyahısına daxil etmək" ifadəsi özü yanlış və gülüncdür: "ABŞ-ın Dövlət Departamenti səviyyəsində saxta məlumatlar əsasında belə fikrin səsləndirilməsi bir daha Amerikanın ikiüzlü siyasətinin bariz nümunəsidir. Bu, Azərbaycana qarşı böhtandan başqa bir şey deyil".

Belarus

Blinken yanvarın 4-də onu da deyib ki, Dövlət Departamentinin xüsusi nəzarət siyahısından başqa "xüsusi narahatlıq yaradan" 12 ölkə də var – Birma, Çin, Kuba, Eritreya, İran, Nikaraqua, Şimali Koreya, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan və Türkmənistan. Bir il öncə ilə müqayisədə bu siyahıda dəyişiklik yoxdur.

Tövsiyələrini verən, amma ABŞ siyasətini müəyyənləşdirməyən USCIRF isə ayrıca bəyanatında Belarusda din azadlığında geriləmə olduğunu açıqlayıb. Belə ki, avtoritar lider Aleksandr Lukaşenko yanvarın 3-də imzaladığı qanunla dini qurumların fəaliyyətini daha da məhdudlaşdırıb. Komissiyanın mövqeyinə görə, bu qanun dini icmalara əlavə gərəksiz məhdudiyyətlər nəzərdə tutur.

XS
SM
MD
LG