Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 17:25

Vaşinqtonda 'yol xəritəsi' necə cızıla bilər?


 Münxendə ABŞ Dövlət katibinin Azərbaycan prezidenti və Ermənistan baş naziri ilə birgə görüşü. 18 fevral 2023
Münxendə ABŞ Dövlət katibinin Azərbaycan prezidenti və Ermənistan baş naziri ilə birgə görüşü. 18 fevral 2023

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov aprelin 30-da ABŞ Dövlət katibi Entoni Blinkenin dəvəti əsasında bu ölkəyə işgüzar səfər edib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XIN) məlumatında bildirilir ki, səfər çərçivəsində Ermənistanla sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.

Bundan əvvəl "Turan" agentliyi Vaşinqtonda diplomatik mənbələrə istinadən xəbər yaymışdı ki, ABŞ bu görüşdə fikir ayrılıqlarını aradan qaldırmaq üçün yol xəritəsinin cızılmasına hazırlaşır.

Paşinyan: 'Sülh istəyirik, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam olaraq tanıyır'
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00

Elə həmin gün ABŞ Dövlət katibi Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng vurub. Dövlət Departamentinin vebsaytında qurumun sözçüsü Metyu Millerin açıqlamasında bildirilib ki, Blinken Azərbaycan-Ermənistan sülh müzakirələrinin əhəmiyyətini vurğulayıb, ABŞ-ın dəstəyinin davam edəcəyini vəd edib. Blinken sülhüm mümkünlüyünə inandığını bildirib.

ABŞ dövlət katibinin bu günlər eyni məzmunda Ermənistan baş naziri ilə də söhbəti olub.

Bundan əvvəl, aprelin ortalarında isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Azərbaycan və Ermənistanın danışıqların növbəti raundunun Rusiyada keçirilməsinə razılıq verdiyini bəyan etmişdi: "Bizim sülh müqaviləsinin hazırlanması ilə bağlı Azərbaycan və Ermənistana hərtərəfli köməyimiz azalmayıb. Tərəfdaşlarımız ikitərəfli danışıqların növbəti raundunun bizim ərazimizdə keçirilməsi ilə bağlı təklifimizi qəbul ediblər".

R.Musabəyov
R.Musabəyov

"Rusiya da çalışacaq ki, kənarda qalmasın"

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyovun "Turan"a bildirməsinə görə, düşünmür ki, Rusiya açıq şəkildə bu prosesə hansısa maneələr törətsin: "Əksinə, Rusiya görəndə ki, təşəbbüsü yenidən Vaşinqton və Brüssel əlinə alır, o saat Moskvada tərəflərin görüşü məsələsi ortaya çıxdı".

Deputatın fikrincə, Rusiya da çalışacaq ki, bu məsələdə kənarda qalmasın: "Ancaq altdan hansı işləri görəcək, o, artıq başqa məsələdir. Çalışacaq əlində bir imkan saxlasın ki, gələcəkdə də bu proseslərə müdaxilə edə bilsin. Ancaq açıq prosesin əleyhinə çıxacağına inanmıram".

Müxalifət Paşinyandan sülh sazişi ilə bağlı yeni təkliflərin mətnini tələb edir
Gözlə

No media source currently available

0:00 0:03:15 0:00

"Bir sənədlə həll olunan deyil"

Yol xəritəsinə gəlincə, Musabəyov vurğulayıb ki, söhbət yalnız sülh müqaviləsindən getmir. Onun fikrincə, bununla yanaşı, kompleks məsələlər də var: "Sərhədlərin dəqiqləşdirilməsi, delimitasiya, demarkasiya prosesi, nəqliyyat xətlərinin açılması məsələsi gündəlikdədir. Azərbaycan Qarabağ ermənilərin hüquqlarının qorunması ilə bağlı daxili müzakirələrə razılıq verib, o məsələ də gündəlikdədir. Ayrı məsələlər də ortaya çıxa bilər. Hər bir halda, bütün bu məsələlər bir sənədlə həll olunan deyil. Ona görə də yol xəritəsindən söhbət gedir ki, hansı ardıcıllıqla bu məsələlərin həlli nəzərdə tutulsun".

"Mən yazdığım havanı siz çalmalısınız"

Siyasi şərhçi Zərdüşt Əlizadə isə AzadlıqRadiosuna bildirib ki, Rusiya Vaşinqtonun təşəbbüslərinin qarşısını almağa çalışacaq: "Rusiyanın istəyi odur ki, Azərbaycanla Ermənistan arasında gedən danışıqlar və onların nəticələri tamamilə Rusiyanın nəzarətində olsun. Yəni, Rusiya çalışır ki, ifadəçilər kimi Azərbaycanla Ermənistanın qarşısında özü yazdığı not kağızını qoysun və desin ki, mən yazdığım havanı siz çalmalısınız".

Z.Əlizadə
Z.Əlizadə

Ekspert hesab edir ki, Azərbaycan və Ermənistan bunu istəmir, daha mülayim, bitərəf mövqe tutan ABŞ-ın vasitəçiliyinə üstünlük verirlər: "Bu, hər iki tərəfinin mövqeyi Rusiyanı cırnadır. Rusiya çalışır ki, burada bir qulp qoysun. Lakin vəziyyət dəyişib: Ermənistan itirdiyini itirib, Azərbaycan qazandığını qazanıb. Ona görə də biz artıq ciddi şəkildə hansısa ümumi razılaşmaya doğru irəliləyirik və ABŞ bizə bu istiqamətində yardım göstərir. Ən azı dünyadakı nüfuzundan istifadə edib bizim bu müstəqil qərar qəbul etmək qətiyyətimizi dəstəkləyir".

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. ABŞ Aİ formatını dəstəkləyir.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG