Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 03:39
Ilqar Məmmədov
Ilqar Məmmədov

AzadliqLive - İlqar Məmmədovu buraxmadılar

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

12:21 26.4.2016

İlham Əliyev "Azərbaycanda bütün azadlıqlar var"

«Forumun Bakıda keçirilməsini yüksək dəyərləndiririk. Bu, bizim işimizə verilən qiymətdir».

Bu sözləri Bakıda keçirilən BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılışında çıxış edən prezident İlham Əliyev deyib.

İ.Əliyev bildirib ki, «Azərbaycan əsrlər boyu mədəniyyətlər və dinlərin kəsişməsində yerləşib. Əsrlər boyu dinlər, mədəniyyətlər Azərbaycanda inkişaf edib. Azərbaycanda tolerantlıq, multikulturalizm hər zaman mövcud olub. Ona görə də Azərbaycanda bütün etnik qruplar və dinlər bir arada yaşayır, yaradırlar. Bu, zənginliyimizdir, biz tariximizlə fəxr edirik».

12:18 26.4.2016

«Azərbaycanda müstəqil jurnalistikaya müharibə elan olunub».

ABŞ-ın nüfuzlu «The Washington Post» qəzeti yazının başlığı belədir. Media icmalı

12:16 26.4.2016

Yerevanda partlayan avtobus (video)

Aprelin 25-də Ermənistan paytaxtı Yerevanın rayonlarından birində axşam saatlarında avtobusda partlayış olub. 2 nəfər ölüb, 7 nəfər yaralanıb. Təfərrüatlar hələlik açıqlanmır. Ancaq deyilir ki, partlayış qazdan olmayıb, çünki avtobus kerosinlə işləyirdi.

Yerevanda avtobus partlayıb
Gözlə

No media source currently available

0:00 0:06:09 0:00

12:15 26.4.2016

Qarabağ münaqişəsi niyə alovlanır?

Worldpoliticsreview.com saytında Michael Cecire yazır ki, «Rusiya-Türkiyə ədavəti də döyüşlərin qızışması ehtimalını artırır. Bəzi hesablamalara görə, aprelin əvvəlində tərəflərin verdiyi itki 2008-ci il Rusiya-Gürcüstan müharibəsində olduğundan çoxdur. Ancaq bu arada Moskva tərəfləri davamlı atəşkəsə cəlb etməyə çalışır. Moskvanın tarixən manipulyasiya etdiyini, periferiyasında münaqişələr yaratdığını nəzərə alsaq, niyyətlərinə şübhəylə yanaşılmalıdır. Ancaq son toqquşmalardan sonra Dağlıq Qarabağda sabitliyin yaradılmasını hədəfləyən istənilən cəhdi həvəsləndirmək gərəkir» Media icmalı

Davamı

XS
SM
MD
LG