Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 11:21
Ilqar Məmmədov
Ilqar Məmmədov

AzadliqLive - İlqar Məmmədovu buraxmadılar

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

12:25 28.4.2016

«Azadlıq» qəzeti : "Qarabağ münaqişəsinin həllinə əngəl törədən Rusiyadır"

"Azadlıq" qəzeti Qarabağ cəbhəsində vəziyyətin gərginləşməsi ilə ölkədaxili ictimai-siyasi proseslər arasında paralel aparır. ««Lazım»ın sülh masasındakı məğlubiyyəti» sərlövhəli məqalədə Qarabağ probleminin həll edilməməsinin əsas səbəbkarı kimi Rusiya göstərilir: «Hökumət avtoritar idarəetməni davam etdirmək üçün dünya ilə münasibətləri soyudub və Qarabağın işğalına yaşıl işıq yandıran Rusiyanın «çadırı»na sığınıb. Hər ötən gün təsdiqləyir ki, Qarabağ münaqişəsinin həllinə əngəl törədən Rusiyadır və sülh danışıqlarının mənası yoxdur». Media icmalı

12:00 28.4.2016

Stratfor: "Yaxın vaxtlarda həll görünmür"

Stratfor -un təhlilində deyilir ki, «Gələn həftələrdə Dağlıq Qarabağ üzrə diplomatik fəaliyyət güclənəcək, regional oyunçular tərəflərə sülh danışıqlarına görə təzyiq göstərəcək. Ancaq yaxın, yaxud orta perspektivdə münaqişənin daha böyük, hətta qismən həlli mümkün görünmür; sadəcə, xeyli sayda çətinləşdirici faktorlar və sazişi əngəlləməkdə maraqlı tərəflər var. Sonuc olaraq, Dağlıq Qarabağda münaqişənin qızışması ehtimalı qalacaq ki, bunun da təsiri bu kiçik mübahisəli ərazinin sərhədlərini xeyli aşır». Media icmalı

11:57 28.4.2016

Bakı: 3 ayda 600 yol qəzası qurbanı...

Təkcə 2016-cı ilin ilk 3 ayında 143 nəfər yol qəzalarında həyatını itirib, 453 nəfər yaralanıb. "Azərbaycanda yol hərəkətini təkmilləşdirin”- bu çağırışı Bakıda yol qəzasında həlak olan 23 yaşlı britaniyalının ailəsi edir.

Formula1 şəhəri:3 ayda 600 yol qəzası qurbanı...
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

11:56 28.4.2016

Ağdam və Tərtər atəşə tutulub. Ölən var

Ötən gecə Ermənistan hərbi birləşmələrinin artilleriya atəşi nəticəsində Ağdam rayonunda 50-yə yaxın fərdi yaşayış evinə və obyektə ziyan dəyib. APA-nın xəbərinə görə, Ağdam rayonu Çəmənli kənd sakini Famil Mustafayev aldığı qəlpə yarasından həlak olub.Ermənistan silahlı birləşmələrinin ağır artilleriya atəşi nəticəsində Tərtər rayonunda 51 evə ciddi ziyan dəyib.

Davamı

XS
SM
MD
LG