Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 18:17

AzadlıqLive- "Mr.Bean" 25 yaşında (video)

Azərbaycanda və dünyada baş verən xəbərlər

-

Azərbaycanda və dünyada baş verən xəbərlər

13:37 2.9.2015

Seçkidə YAP-ın maliyyə məsələlərinə Siyavuş Novruzov baxacaq

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov Milli Məclisə seçkilərdə YAP-ın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi olub.

14:16 2.9.2015

700 bal toplayana maşın hədiyyə

Zaqatala icra başçısı Mübariz Əhmədzadə rayon tarixində ilk dəfə ali məktəbə keçirilən imtahanlarda 700 bal toplayan Asya Mamudovaya avtomobil hədiyyə edib. Bunu Qafqazinfo sosial mediaya istinadən xəbər verir. Bu maşın hədiyyəsinin maraqlı tarixçəsi var .

Maşın isə budur

maşın hədiyyə
maşın hədiyyə

16:58 2.9.2015

"Qərbin sözləri Azərbaycanın vecinə deyil"

Şərq -Qərb araşdırmalar mərkəzinin rəhbəri Ərəstun Oruclunun fikrincə, Qərbin çağırışlarının Azərbaycan hökümətinə heç bir təsiri yoxdur. Onun sözlərinə görə, çünki Qərb Azərbaycanda demokratikləşməyə imkanları və vaxtı əldən buraxdı. Politoloqun sözlərinə görə, Qərb Azərbaycan hökümətini tənqid edir, ancaq bu tənqiddə ardıcıl deyil. "Dövlət Departamenti bütün vicdan məhbuslarını azad etməyə çağırır, ancaq demir ki, azad olunmasa, nə edəcək?"

Gözlə

No media source currently available

0:00 0:09:22 0:00
Direct-ə keçid

18:46 2.9.2015

İlham Əliyev icra başçılarının yerini dəyişdi

Prezident İlham Əliyev sərəncamı ilə Eldar Əziz oğlu Əzizov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Zakir Fərəc oğlu Fərəcov Abşeron rayon İcra Hakimiyyətinin başçısı postundan azad olunaraq, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Eldar Əzizov isə Səbail rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Yunis oğlu Əsgərov da tutduğu postdan azad edilib. Asif Əsgərov Nəsimi rayon İcra Hakimiyyətinin başçısı postuna təyinat alıb.
Nəsib Məhəmməd oğlu Mehməliyev isə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Davamı

XS
SM
MD
LG