Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 14:28

Hökumət ilin sonunda 'ayılıb'


Büdcə. Karikatura
Büdcə. Karikatura

Ötən ilin büdcə gəlirlərinin təxminən yarısı sonuncu rübdə formalaşıb. Maliyyə Nazirliyinin büdcənin icrası ilə bağlı açıqladığı məlumata görə, büdcə gəlirlərinin 26%-i dekabrda, 42%-i sonuncu rübdə formalaşıb. Dekabrda büdcə gəlirləri 4 milyard 535.7 milyon manat, sonuncu rübdə isə 7 milyard 398.1 milyon manat icra olunub.

Ümumiyyətlə, 2016-cı il dövlət büdcəsinin gəlirləri 16 milyard 822 milyon manat proqnoza qarşı 17 milyard 501.2 milyon manat olub.

VERGİLƏR NAZİRLİYİ PROQNOZA ƏMƏL EDİB

Vergilər Nazirliyi proqnoza əməl edərək dövlət büdcəsinə 7 milyard 15.2 milyon manat vəsait köçürüb. Həmin vəsaitin 77.1 faizi qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2015-ci ilə nisbətən 379.8 milyon manat və ya 7.6 faiz çoxdur. Nazirliyin xəttiylə daxilolmaların 1 milyard 607 milyon manatı neft sektorunun vergi ödənişləridir.

Buna da bax-'Bizdə 20, o boyda Almaniyada 14-15 nazirlik var' [video]

Dövlət Gömrük Komitəsi proqnozu 26.6 faiz artıqlaması ilə yerinə yetirib. Komitə dövlət büdcəsinə 2015-ci illə müqayisədə 44 faiz çox – 2 milyard 291.6 milyon manat vəsait köçürüb.

2016-cı ildə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 239,1 milyon manat, maliyyə aktivlərinin yenidən qiymətləndirilməsindən 130.9 milyon manat, verilmiş kreditlərin qaytarılması və dövlət zəmanətləri üzrə 68.8 milyon manat, o cümlədən xarici kreditlər üzrə 54.2 milyon manat, cərimə və sanksiyaların tətbiqindən 40.4 milyon manat, sair daxilolmalardan 92.2 milyon manat vəsait dövlət büdcəsinə daxil olub.

Manat.
Manat.

NEFT FONDU DA SON RÜBDƏ «AYILIB»

İlin ilk 3 rübündə öhdəliyini kəsirlə icra edən Dövlət Neft Fondu (DNF) sonuncu rübdə öhdəliyi tam yerinə yetirə bilib. Ötən il Fonddan dövlət büdcəsinə 7 milyard 615 milyon manat vəsait transfert edilib. Bu vəsait 2015-ci illə müqayisədə 6.3 faiz azdır. DNF-dən dövlət büdcəsinə I-III rüblərdə 3 milyard 260 milyon manat, IV rübdə isə 4 milyard 355 milyon manat köçürülüb.

Buna da bax-'Bu templə Neft Fondu yaxın bir neçə ilə tükənəcək'

2016-cı ildə dövlət büdcəsinin xərcləri proqnozdan 4.1 % az olmaqla, 17 milyard 742.4 milyon manat icra edilib. Büdcə xərclərinin 21.5%-i dekabra, 40.1%-i isə sonuncu rübə düşür. Təkcə dekabrda büdcə vasitəsilə ölkə iqtisadiyyatına 3.8 milyard manat yönəldilib. Oktyabr-dekabr aylarında büdcə xərcləmələri 7.1 milyard manat olub.

2016-cı il ərzində dövlət büdcəsi xərclərinin 11 milyard 693 milyon manatı (65.9%) cari xərclərə, 4 milyard 283.9 milyon manatı (24.1%) əsaslı xərclərə, 1 milyard 765.5 milyon manatı (10%) dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

35 FAİZ SOSİAL TƏYİNATLI XƏRCLƏRƏ GEDİB

Dövlət büdcəsi xərclərinin 35.2 faizi və ya 6 milyard 237.4 milyon manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2015-ci illə müqayisədə 571.5 milyon manat və ya 10.1 faiz çoxdur.

Dövlət büdcəsinin kəsiri 242.1 milyon manat olub. Hökumət 3-cü rübdə yaranmış 519.1 milyon manatlıq kəsiri bir qədər azalda bilib. 2016-cı ilin icmal büdcəsinin gəlirləri 21 milyard 581.6 milyon manat, xərcləri isə 21 milyard 406 milyon manat icra olunub.

XS
SM
MD
LG