Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 23:27

Azərbaycan: "Erməni dronu xüsusi üsulla endirilib"

Aprelin 2-nə keçən gecə Azərbaycan-Ermənistan ordularının təmas xəttində yaranan gərginlik hələ də davam edir. Həm Ermənistan, həm də Azərbaycan tərəfdən çox sayda itki var.

Yazı yenilənir, ən son xəbər əvvəldədir.

18:55 2.4.2016

Həmsədrlər Vyanada toplaşacaq

ATƏT-in Minsk qrupunun həmsədrləri son hadisələri müzakirə etmək üçün aprelin 4-də Vyanada bir araya gələcəklər.

Aprelin 5-də isə Misk qrupu tam heyətdə görüşəcək.

Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri James Warlick özünün Twitter hesabında məlumat yayıb.

19:16 2.4.2016

Erdoğan Əliyevə zəng vurub

Türkiyə prezidenti Recep Tayyip Erdoğan azərbaycanlı həmkarı İlham Əliyevə telefonla zəng vurub.

"Anadolu" agentliyinin xəbərinə görə, Erdoğan Əliyevə cəbhə bölgəsində atəkəsin pozulması nəticəsində həlak olan hərbiçilərlə bağlı başsağlığı verib.

19:43 2.4.2016

KTMT Bakını ittiham edir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, iclas - Arxiv
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, iclas - Arxiv

Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) şənbə günü Azərbaycanı Dağlıq Qarabağda atəşkəs pozuntusuna görə ittiham edib.

“Hər şeyə danışıqlar yoluyla qərar verilməlidir. Azərbaycan tərəfin hərəkətləri durumu və münaqişəni eskalasiyaya aparır”, KTMT-nin baş direktoru Nikoyal Bordyuzha-nın sözçüsü Interfax agentliyinə deyib.

Sözçü Vladimir Zaynetdinov-un sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyi qurum rəhbərliyini cəbhə xəttində tanklar və ağır artilleriyanın iştirakıyla ağır döyüşlər barədə “tam məlumatlandırır”. “İnanırıq ki, Ermənistan-Azərbaycan münaqişəsinin hərbi yolla həlli mümkün deyil”, bəyanatda deyilir.

Ermənistan KTMT üzvüdür. Daha öncə Ermənistan Müdafiə Nazirliyi Azərbaycanı münaqişəni qızışdırmaqda ittiham edib.

Azərbaycan isə Ermənistanı atəşkəsi pozmaqda suçlayır, beynəlxalq ictimaiyyəti Yerevanın hərəkətini pisləməyə çağırır.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistandır.

19:54 2.4.2016

Davamı

XS
SM
MD
LG