Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 14:58

Azərbaycan: "Erməni dronu xüsusi üsulla endirilib"

Aprelin 2-nə keçən gecə Azərbaycan-Ermənistan ordularının təmas xəttində yaranan gərginlik hələ də davam edir. Həm Ermənistan, həm də Azərbaycan tərəfdən çox sayda itki var.

Yazı yenilənir, ən son xəbər əvvəldədir.

13:01 4.4.2016

Azərbaycanın Dağlıq Qarabağda mərhələli strategiyası var?

Azərbaycan ordusu
Azərbaycan ordusu

Praqmatik siyasətçi İlham Əliyev mövcud sabitliyi sonu bilinməz savaşa qurban vermək istəmir; Azərbaycan-Ermənistan münaqişəsi Avropaya nəyi xatırladır – 4 aprel Qərb mediasının icmalı.

13:17 4.4.2016

Ermənilər irəlilədiklərini bildirirlər

Qarabağdakı separatçı qüvvələr Azərbaycan tərəfdən «intensiv atəşə» məruz qaldıqlarını bildirir.

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Hovhannisyan deyib ki, separatçılar «cəbhə xəttində müəyyən sektorlarda ciddi şəkildə irəliləyib və yeni mövqelər tutublar».

Azərbaycan məlumatı təkzib edib.

Davamı

XS
SM
MD
LG