Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 21:34

Azərbaycan: "Erməni dronu xüsusi üsulla endirilib"

Aprelin 2-nə keçən gecə Azərbaycan-Ermənistan ordularının təmas xəttində yaranan gərginlik hələ də davam edir. Həm Ermənistan, həm də Azərbaycan tərəfdən çox sayda itki var.

Yazı yenilənir, ən son xəbər əvvəldədir.

08:50 5.4.2016

Minsk qrupu toplaşır

Aprelin 5-də ATƏT-in Minsk qrupu həmsədrləri Vyanada toplaşır. Onlar Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər.

Aprelin 4-də ABŞ-ın Dövlət katibi John Kerry və Rusiyanın xarici işlər naziri Sergei Lavrov telefonla danışıblar. Tərəflər regionda toqquşmaların bərpasından narahatlıq bildiriblər.

Aprelin 2-dən cəbhə xəttində toqquşmalar başlanıb. Rəsmən Ermənistan 20, Azərbaycan 15 hərbçisini itirib, yaralılar var.

12:42 5.4.2016

Madagizdə hərbi baza dağıdılır

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin aprelin 5-də yaydığı rəsmi məlumatda deyilir ki, Ağdərə şəhərinə aparan əsas yol üzərindəki strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahını Azərbaycan əsgərləri dağıdıb. Nazirliyin yaydığı videonu təqdim edirik.

Madagizdə hərbi baza dağıdılır
Gözlə

No media source currently available

0:00 0:00:40 0:00

Davamı

XS
SM
MD
LG